Bu qəlb xəstəliyi insanı haqdan döndərər
Mьəllif: admin1
Tarix: 11-12-2021, 10:59
Bu qəlb xəstəliyi insanı haqdan döndərər
Quranın qəlb üçün xəbərdarlıq etdiyi xəstəliklərindən biri də ziğdir. Quranda bu xəstəliyin beş dəfə adı çəkilmişdir. “Amma qəlblərində (haqdan) dönüklük olan kəslər, fitnəkarlıq və təvil etmək (düzgün olmayan məna vermək) üçün bu kitabın mütəşabihinə tabe olarlar”. (“Ali-İmran” 7).

“Əlbəttə, Allah Peyğəmbərə və çətinlik zamanı (Təbuk müharibəsi səfərində) ona tabe olan mühacir və ənsara, onlardan bir dəstəsinin qəlblərinin («nə üçün say və təchizat baxımından bərabər olmayan bir döyüşə başlamalıyıq?» deyə Peyğəmbərin əmrinə) dönük çıxmasının yaxın olmasından sonra nəzər yetirdi və onların tövbəsini qəbul etdi. Sonra Öz mərhəməti ilə onlara üz tutdu. Həqiqətən Allah onlara qarşı çox şəfqətli və mehribandır”. (“Tövbə” 117).

Bu ayələrdən də göründüyü ki, ziğ – qəlb dönüklüyü deməkdir. Bu xəstəlik insan ağlında naqisliklər yaradar. Hər kim bu xəstəliyə düçar olar, ağlının səsini eşidə bilməz. Nəticədə yolunu azar.

O zaman ki, insan ağlının düzgün bildiyi yoldan azar, bu əməl ağlın əksinə olduğu üçün, insanı yanlış düşüncələrə adət etdirər və təkrar olunur. Belə ki, artıq doğru yola getməyi çox çətinliklə mümkün olar.

Bu insanın həm qəlbi və həm də ağlı ziğ xəstəliyinə tutular. Quran buyurur: “Onlar (haqdan) üz döndərdikdə, Allah da onların dönük qəlblilərini dönüklükdə buraxdı (İlahi lütflərini onlardan kəsdi) və Allah fasiq qövmü doğru yola yönəltməz”. (“Səff” 5).

İnsanın haqq yolundan azması qəlbini qəsavətə bürüyər. Qəlbi qəsavət bağlayan insan isə haqqı görməz.

Bəsirətli insanlar Allaha dua edən zaman bu xəstəlikdən uzaq olmağı istəmiş və Allaha təvəssül etmişdilər. “(Onlar deyərlər:) «Ey Rəbbimiz, bizi doğru yola yönəltdikdən sonra qəlblərimizi azdırma və bizə Öz tərəfindən bir rəhmət bəxş et, çünki, çox-çox bağışlayan Sənsən!»”. (“Ali-İmran” 8).

Cabir nəql edir ki, Həzrət Peyğəmbər (s) bu duanı tez-tez deyərdi: “Ey qəlbləri döndərən! Qəlblərimizi öz dinində sabit et!”.

Yəni, Allahım, bizə doğru yolu göstərmisən. Bu yola çatmaq üçün doğru istiqaməti bizə nişan vermisən. Bu yolda sabit qalmaq üçün bizə tofiqat ver və qəlblərimizi haqdan dönməkdən saxla!




/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031