Cüneyd Bağdadi ilə yoxsul insanın əhvalatı
Mьəllif: admin1
Tarix: 22-12-2017, 10:08
Cüneyd Bağdadi ilə yoxsul insanın əhvalatı
Yoxsul insanlar arasında bəzən elələrinə rast gəlmək olur ki, insanın ürəyindən keçənlərdən xəbərdar olur və onu tövbəyə və Allah Təalaya tərəf hidayət edir.

Cüneyd Bağdadi nəql edir: “Məscidə daxil oldum. Bir şəxsi gördüm ki, insanlara deyirdi: “Əgər müşkülümü həll etməyə qadirsinizsə, müşkülümü həll edin”. Ürəyimdə düşündüm ki, bədəni sağlam olduğu halda insanlardan yardım istəyir, yəqin ki, müftəxorlardandır.

O günün sabahısı Dəclənin kənarına gəlmişdim. Gördüm ki, bu yoxsul insan insanların çayda yuduğu göyərtinin qırıqlarını tapıb, onları yeyir. Məni görən kimi dedi: “Dünən səbəbini bilmədən mənim barədə batinində qeybət etmişdin. Mənə sui-zənn etmişdin. Batinini günaha batırıb, özünü İlahi rəhmətdən məhrum etmisən, ona görə də tövbə et.

Mənim bədənim sağlam olsa da, ancaq O, istəmişdir ki, mənim əlim boş olsun. Bu mövzunun səninlə heç bir əlaqəsi yoxdur. Ona görə də yersiz hökm çıxartma. Mən yoxsul olduğum halda, Allahdan razıyam. Ən az şikayət və gileyim belə yoxdur””.

Bəli, bu insan yoxsul olmasına baxmayaraq, hamıdan daha çox Allaha yaxın idi. İnsanın qəlbindən keçənləri oxuya bilirdi. Sonra da onu tövbəyə hidayət edir və Uca Allaha yaxınlaşdırmağa çalışırdı.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031