İnsan həyatına xoşbəxtlik və səadət gətirən qısa Quran ayəsi
Mьəllif: admin1
Tarix: 20-06-2020, 23:10
İnsan həyatına xoşbəxtlik və səadət gətirən qısa Quran ayəsi
Bütün cahan, bütün aləm Allah Təalanın əsəridir. Bizim bildiyimiz, bilmədiyimiz hər nə var aləmin bir parçasıdır.

İnsan da həmçinin bu aləmin, xilqətin bir parçasıdır. Həm də təkamül edən, kamilliyə doğru can atan, səadətin və bədbəxtliyin seçimi öz əlində olan bir parça.

Allah Təala insanın səadət proqramını Öz kitabında və peyğəmbərlərinin (ə) risalətində göndərib. İnsanları bu iki dəyərli nemətə qarşı diqqətli olmağa, qiyamətə qədər onlardan ayrılmamağa çağırır.

Mütəal Allah Quranda həqiqi xoşbəxtliyin və səadətin yolunu qısa həcmli bir ayədə dəqiq və aydın şəkildə belə gözəl bəyan edib:

“İman gətirib yaxşı işlər görənlərin xoş halına! (Onları) gözəl bir sığınacaq (Cənnət gözləyir)!” (Rəd-29)

Həqiqi səadət Allah yanındadır. Allahın razılığındadır. Bu iş nəqədər çətin görünsə də Quran bunu sadələşdirib. Sadəcə iki kəlmədə cəm edib: İman və saleh əməl.

İman qəlbi bir halətdir. İnsan qəlbən Allaha, dinə, qeyb aləminə, Allahın yer üzündə olan höccətlərinə (ə), bir sözlə dinin, Quranın buyurduqlarını könüldən qəbul etməli, qəlbini yalnız Allaha bağlamalıdır.

Əməl mərhələsi də o qədər çətin deyil. Sadəcə pis işlərdən çəkinsin bu kifayət edir. Pis işlərdən çəkinmək elə özü saleh əməldir.

Bəli Uca Allah insan səadətini, istər dünyada olsun istər axirətdə, iki təməl üzərində qərar verib. Bu səadəti iki nöqtədə düyünləyib. Bunların da açarını iman və əməldir. Sadəcə iman və əməl.


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930