Öz işində o kəs kimi ol ki, vəhşi heyvanlar onu qorxudurlar
(Şeyx Bəhayinin nəsihətlərindən)
“Beytul-müqəddəsin kənarında bir abidi gördüm və ondan istədim ki, mənə nəsihət versin. Dedi: “Öz işində o kəs kimi ol ki, vəhşi heyvanlar onu qorxudurlar. Qorxur ki, birdən elə bir iş görər ki, vəhşi heyvanlar onu parçalayarlar. O gecə onun üçün qorxu gecəsidir, halbuki qalan insanlar rahatlıqla yatıblar. Onun gündüzü də qəm günüdür, halbuki batil əhli sevinclidirlər”. Leylinın qəbriO zaman ki, Leyli dünyadan gedir, Məcnun onun qəbrini axtarır. Qəbrinin yerini soruşur, ancaq heç kəs ona qəbrin yerini demir. O, bütün qəbirləri iyləyir və nəhayət Leylinin qəbrini tapır. Bu zaman deyir: “İstəyirlər qəbrini dostundan gizlətsinlər, halbuki qəbrin xoş iyi qəbrin sahibindən xəbər verir”.Bu sözlərdən sonra can verib ölür. Onu da Leylinin kənarında dəfn edirlər. Ata üçün edilən duaSəhrada yaşayan qadınlardan biri atasının qəbrinin kənarında dayanıb deyir: “Atacan! Sən olmayan zaman Allaha diqqət edirəm və gözəl nümunə olan Peyğəmbəri (s) sənin müsibətində yada salıram. Allahım! Sənin bəndən, azuqəsiz və bəndələrin əlində olandan məhrum halda sənin verdiyinə möhtac olaraq Sənə daxil olmuşdur. Allahım! Sən ən üstün kəssən ki, arzu edənlər ona tərəf gələrlər. Yoxsullar onun fəzlindən zəngin olarlar. Günahkarlar onun rəhmətində qərq olarlar. (Atasının qəbrinə işarə edərək deyir:) Allahım! Onu rəhmətində qərar ver və onu öz behiştində yerləşdir”. Sonra ağlayır və geri qayıdır”. /Deyerler.org/ Oxşar xəbərlər
|