Quran insanı yaxşı məxluq sayır, ya pis?
Mьəllif: admin1
Tarix: 6-12-2022, 10:45
Quran insanı yaxşı məxluq sayır, ya pis?
Quranın nəzərinə görə, insan elə bir varlıqdır ki, dünyanı fəth etmək və mələkləri öz xidmətində qərar vermək qüdrətinə malikdir. Eyni zamanda bu insan insanlığından süqut da edə bilir. İnsan hansı yolla gedəcəyini özü müəyyən edər. Öz taleyinin son qərarını özü verər.

Görəsən Quran insanı yaxşı varlıq hesab edir, yoxsa əksinə - pis varlıq? Quran insanı mədh edir, yoxsa məzəmmət?

Əslində insanın həm mədh olunması və eyni zam anda məzəmmət olunması ona görə deyildir ki, insan iki təbiətli varlıqdır. Yəni, bir tərəfi təriflənəndir, bir tərəfi əksinə - məzəmmət olunandır. Xeyr, belə deyildir.

Quranın insan barəsindəki nəzəri belədir ki, insanda kamala çatmaq üçün bütün istedadlar vardır və bilqüvvə şəklində fitrətində qərar tutur. İnsan özü onları feiliyyətə çevirməlidir. Yəni, insan özü, özünün memarı olmalıdır. İnsanı kamala çatdıran əsil amil – imandır.

İman olan yerdə isə təqva, saleh əməl və Allah yolunda səy göstərmək meydana gələr. İman sayəsində elm, əmmarə nəfsin vasitəsi olmaqdan çıxar və faydalı vasitəyə çevrilər.

İnsanın həqiqəti budur ki, Xəlifətullahdır və mələklərin səcdə etdiyi varlıqdır. Bu dünyada olan hər şey onun üçündür və insan onlara hakim olmaq üçün bütün istedadlara malikdir. Əgər insanda iman olmazsa, o zaman həris, qantökən, simic, kafir, müşrik, zalım və hətta heyvandan da alçaq bir varlığa çevrilər.

Quran bizlərə hansı insanın mədh olunan və hansının məzəmmət olunan olduğunu bəyan edir. Quran ayələrindən belə nəticəyə gəlmək olur ki, imanı olmayan insan həqiqətdə Allahdan və insanlıqdan uzaq düşmüş bir varlığa çevrilər. İnsan əgər onu kamala çatdıran imana çəng vurarsa, o zaman İlahi pilləkənin pillələrini bir-birinin ardınca addımlayaraq, yuxarı qalxar.

İnsan əgər Allahdan uzaq düşərsə, kökündən ayrı düşmüş ağaca bənzəyər. “Şübhəsiz, insan, (ömrünün azalması, puç olması və nəfsi istəklərinin və şeytanın ona qalib gəlməsi baxımından) ziyan içindədir. Yalnız iman gətirib saleh əməllər edən, bir-birinə haqqı (sabit doğru əqidə və əməlləri) və (vəzifələri yerinə yetirməkdə) səbri tövsiyə edənlərdən başqa”. (“Əsr” 2-3).

İnsanı insanlıqdan çıxaran amil – Allahı unutması və öz insanlığının həqiqəti olan imanı inkar etməsidir. Belə insan çox təəssüf ki, insan adlandırıla bilməz. Quranda buyurulur: “Doğrudan da Biz cin və insanların çoxunu (sanki) Cəhənnəm üçün yaratmışıq. Çünki onların qəlbləri var, amma onunla (həqiqətləri) dərk etmirlər. Onların gözləri var, lakin onunla (ibrət üçün) baxmırlar. Və onların qulaqları var, amma onunla (haqq maarifi) eşitmirlər. Onlar heyvanlar kimi, bəlkə (onlardan) daha azğındırlar (çünki onlar inkişaf və təkamül istedadına malik olduqları halda, batil və puç yola gedirlər) və onlar həmin qafillərdirlər”. (“Əraf” 179).

Bəli, bu, insandır ki, öz seçimini edər. Ya kamala çatıb insanlığın ən üstün zirvəsinə yüksələr, ya da insanlığını əldən verib, heyvanlardan da alçaq səviyyəyə enər.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930