Mal-dövlət yaxşıdır, ya pis?
İslam mənbələrində sərvətlə bağlı iki cür hədislərə rast gəlmək olur. Birinci növ hədislər zahirdə mal və sərvəti tənqid edir.
Belə ki, İmam Əli (ə) buyurur: “Mən möminlərin rəhbəriyəm, mal isə günahkarların rəhbəridir”. Yəni, möminlər mənim ardımca gedirlər, ancaq günahkarlar mal və sərvətin mütisidirlər. Başqa yerdə İmam (ə) buyurur: “Mal - şəhvətin köküdür”. İmam (ə) yenə buyurur: “Hər kim dinar və dirhəmi sevərsə, dünyanın bəndəsidir”. Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, dinar və dirhəmin bəndəsidir, məlun və İlahi rəhmətdən uzaqdır”. Lakin bəzi hədislər sərvəti və malı mədh edir. Belə ki, Quranda oxuyuruq: “Mal və övladlar dünya həyatının zinət və bəzəyidir”. (“Kəhf” 46). Həzrət Peyğəmbər (s) buyurur: “Necə də saleh mal saleh kişi üçün yaxşıdır”. İmam Baqir (ə) buyurur: “Dinarın köməyi nə qədər axirət əldə etmək üçün yaxşıdır”. Əgər bu iki dəstə hədisləri diqqətlə araşdırsaq, görərik ki, mal və sərvət İslam dini tərəfindən pis hesab edilmir. O zaman ki, insana axirət səadətinə çatmağa yardım edər, o zaman mədh olunar və bəyənilər. O zaman ki, İmam Əli (ə) görür ki, bir kişi dünyanı məzəmmət edir, ona buyurur: “Məgər sən dünyada cinayətə düçar olmusan, yoxsa dünya sənə cinayət etmişdir?”. Mal və sərvət o zaman məzəmmət olunur ki, insan ona pərəstiş edər. Mal axirət səadətinə çatmaq üçün sadəcə bir vasitədir, hədəf deyildir. Quranda oxuyuruq: “Ey iman gətirənlər, mal-dövlətiniz və övladlarınız sizi Allah zikrindən yayındırmasın! Və kim belə etsə (Allahı unutsa), belələri (əsl) ziyankarlardır”. (“Munafiqun” 9). Şəhid Mütəhhəri buyurur: “İslam dinində mal heç bir zaman təhqir olunmamışdır. Nə istehsal olunmağı və nə də istifadə olunmağı. Bəlkə hər biri üçün qanun müəyyən olunmuşdur. Sərvət İslamın nəzərinə görə heç bir zaman tullanılmalı şey deyildir. Bəlkə israf qəti haramdır”. Əksinə, malı müdafiə etmək cihad hesab olunur və bu yolda ölmək şəhadət əcrindədir. Həzrət Peyğəmbər (s) buyurur: “Halal ruzi dalınca getmək hər bir müsəlman qadına və kişiyə vacibdir”. İslam məktəbində iki şey əsl hədəf qərar verilişdir: 1. Cəmiyyətin daxilində iqtisadi ədalət. 2. Cəmiyyətin xaricində iqtisadi qüdrət. İmam Sadiq (ə) buyurur: “Əgər insanların arasında ədalər bərqərar olsaydı, ehtiyacsız olardılar”. Qurani-Kərimdə buyurulur: “Sərvət gərək ancaq zənginlərin arasında dolaşmasın, əksinə, gərək yoxsulların əlinə də keçsin”. Mal və sərvət əgər insanı Allahdan qafil edərsə, məzəmmət olunar. Dünya malına ürək bağlamaq - bəyənilməyən əməllərdəndir. Lakin əgər bu malı Allah yolunda xərcləyərsə, çox mədh olunar. Həzrət Xədicə (s.ə) kimi hər kim malını İslam yolunda xərcləyərsə, bəyənilmiş iş görər. Bu deyilənlərdən belə nəticəyə gəlmək olar ki, əgər insan zəngin olarsa, heç bir eybi yoxdur. Mal o zaman bəyənilməz ki, ona ürək bağlayasan. Həzrət İsa (ə) buyurur: “Dinar - dinin xəstəliyidir. Alim isə dinin təbibidir. Ona görə də o zaman ki, görürsünüz ki, təbib xəstəliyi özünə yapışdırıb, bilin ki, başqaları üçün xeyirxah olmaz”. Bu hədis dünyapərəst alimləri məzəmmət etmişdir. Allah Təala bizləri dünya malına düzgün münasibət bəsləyənlərdən qərar versin. /Deyerler.org/ Oxşar xəbərlər
|