Kiçik bir yaxşılığın insan həyatına qoyduğu inanılmaz təsir
Diqqət etsək görərik ki, İslam dini təkcə əqidəvi və fərdi məsələləri işıqlandırmir. Yəni özündə təkcə etiqadi məsələləri (İnancı) və fərdin (bir şəxsin) nicatı ilə kifayətlənmir.
Həmçinin insanlar arasında xoş münasibəti, bir birilərinə kömək və dəstək olamğı da təbliğ edir. Bu içtimai dəstək xums, zəkat, sədəqə və bu kimi adlarla qeyd olunub. Lakin mahiyyət baxımından hamsı eyni hədəfə xidmət edir- ilahi nemətləri paylaşmaq. Sədəqə də bir növ paylaşmaqdır. Bu paylaşım hər iki tərəfə faydalıdır. Həm maddi, həm də mənəvi baxımdan. Allah Rəsulu (s) sədəqənin, ehsanın faydalarına toxunaraq buyurub: İnsanı Allaha yaxınlaşdırır (Allahın razılığı) İnsanları bir birinə yaxınlaşdırır (xoş ünsiyyət) İnsanı cənnətə yaxınlaşdırır (axirət səadətinə) İnsanı cəhənnəmdən uzaqlaşdırır ( günahların əfvinə vəsilə olur) (Bihar.c-71.s-355) İnkar olunmaz bir həqiqətdir ki, hər bir əməlin görünən tərəfi ilə bərabər görünməyən tərəfi də vardır. Görünən tərəfi bizim etdiklərimiz, görünməyən tərəfi isə bu əməl müqabilində Allah Təalanın bizim üçün etdikləri və əməlmizin bizdə buraxdığı təsirdir. İmam Kazımın (ə) zamanında olmuş bir hadisə buna bir örnəkdir: “Bir şəxs İmamın (ə) xidmətinə yetişib deyir: Mənim 10 nəfərlik bir ailəm var. Hamımız da xəstəyik. Bilmirəm neyləyim və bu bəladan necə uzaqlaşım. İmam (ə) buyurdu: Onları Allah yolunda bir möminin ehtiyacını qarşılayan sədəqə və ehsanla müalicə et. Hacətin qəbul olması üçün sədəqədən sürətli və sərfəli heç bir şey yoxdur. İmam Səccad (ə) hər dəfə bir şey sədəqə verəndə əlini öpər və deyərdi: Bu əl Allahın “əlinə” yetişdi. Çünkü Allah Təala Tövbə surəsinin 104-cü ayəsində buyurur: “Məgər onlar bilmirlər ki, Allah qullarından tövbə qəbul edər, sədəqə (zəkat) alar. Allah tövbələri qəbul edəndir, rəhmlidir?!” (Bihar-62. Səh-269) Yaşar Nuriyev Oxşar xəbərlər
|