Yatmazdan qabaq “Qədr” surəsini oxumağın təsiri
Həzrət Peyğəmbərdən (s) belə bir hədis vardır ki, buyurur: “Hər kim yatan zaman “Qədr” surəsini 11 dəfə oxuyarsa, Allah Təala ona 11 mələyi hakim edər ki, onu səhərə qədər şeytanın şərindən qorusunlar”.
Bir gənc nəql edir: “ Qərara gəldim ki, bu hədisə əməl edim. Birinci gecə yuxuda gördüm ki, bir dəstə insanların arasındayam və dua oxumaqla məşğulam. İkinci gecə “Qədr” surəsini oxuyan zaman məhərrəm ayının 26-sı idi. Ancaq yuxuda özümü Qədr gecəsinin ilk əhyasında gördüm. Əlimə səsgücləndiricini almışdım və bir ruhani kimi orada hazır olanlara deyirdim: “Qədr gecələrindən biri keçməkdədir. Bir tək Allah bilir ki, gələn ilə qədər kim sağ qalacaqdır. Min bir gecədən fəzilətli olan bu gecənin qədrini bilin”. Yaxşı xatırlayıram ki, yaşlı qadınlara xitab edərək deyirdim: “Ey əziz analar! Bu cavan bacıları dua oxumağa təşviq edin. Bilin ki, hədəf – gecə oyaq qalmaqdır. İstər namaz qılmaqla olsun, istər dua və Quran oxumaqla olsun, istərsə də günahlar üçün tövbə etməklə olsun”. Buradan aydın olur ki, insan “Qədr” surəsinin həyatına təsirindən gərək agah olsun və onun bərəkətlərindən faydalansın. /Deyerler.org/ Oxşar xəbərlər
|