Oğlunun cənazəsi başında kitab yazan alim
Mьəllif: admin1
Tarix: 28-12-2017, 10:43
Oğlunun cənazəsi başında kitab yazan alim
Alimlər elmi biliklərlə yanaşı həmçinin Peyğəmbərin (s) böyük ruhundan, mənəvi məqamından da bəhrələnməli və bu məqamın əzəmətini digər insanlara da hiss etdirməlidirlər.

Allah Rəsulu (s) buyurub: Alimlər mənim elmimin varisləridir.

Alimlər elmi biliklərlə yanaşı həmçinin Peyğəmbərin (s) böyük ruhundan, mənəvi məqamından da bəhrələnməli və bu məqamın əzəmətini digər insanlara da hiss etdirməlidirlər.

Bu böyük alimlərdən biri də “Sahibi cəvahirul kəlam”dır. Yəni Cəvahirul-kəlam kitabının müəllifi Məhəmməd Həsən Şərif İsfəhanidir. Böyük alim Nəcəf şəhərində doğulmuş, hövzənin tanınmış alimlərindən, zəmanəsinin mərcii təqlidlərindəndir.

Alimin ən məşhur əsəri Cəvahirul-kəlam olduğu üçün, o böyük şəxsiyyət ən çox “Sahibi cəvahirul kəlam” ləqəbi ilə tanınır. Tarixi mənbələrə əsasən müəllif bu əsərin ərsəyə gəlməsinə böyük zəhmət sərf etmiş, 25 yaşlarında başlamış 70 yaşına yaxın vaxtlarda bitirmişdir.

Kitab Əllamə Muhəqqiq Hillinin dəyərli “Şəraiul-islam” əsərinə şərh olaraq yazılmışdır. Kitab ümulikdə 44 cilddən ibarətdir.

Ayətullah Vəhid Xorasani kitabın yazılması tarixcəsindən maraqlı və ibrətamiz bir hadisəni nəql edərək buyurur:

Sahibi Cəvahirin 20 yaşlı oğlu dünyasını dəyişir. Ona xəbər verirlər. O gəlib gənc oğlunu cənazəsinin ayaq tərəfində oturur. Cəvahirdən 2 səhifə yazır və deyir: Bu da sənin üçün... sonra dərin bir ah çəkdi.



Yaşar Nuriyev
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031