Quranda zikr olunmuş Tubbə qövmü və Allah Rəsuluna (s) yazılmış məktub
Tubba qövmu Qurani Kərimdə məzəmmət edilmiş tayfalardandır. Ayələrə əsasən bu tayfa ilahi əzaba məruz qalmış, məhv edilmiş tayfalardandır. Bu ad Qurani Kərimdə iki dəfə qeyd edilib:
(Ya Peyğəmbər!) Bunlar (Məkkə müşrikləri) yaxşıdır (qüvvətlidir), yoxsa Tübbə qövmü, yaxud onlardan əvvəlkilər?! (Ad, Səmud, Mədyən və Əykə tayfaları?!) Günah işlədikləri üçün Biz onları məhv etdik. (Duxan-37) Əykə əhli və Tübbə qövmü – bunların hamısı peyğəmbərləri təkzib etdi və Mənim də onlara vəd etdiyim (əzab) gerçəkləşdi. (Qaf-14) İmam Rzadan (ə) nəql olunmuş bir hədisdə Tubba saleh bir şəxs kimi təqdim olunur: “O gənc yaşlarında olarkən özündən qabaqkı şahın katibi, yazarı idi. Padişah ona bir məktub yazmağı əmr edir. O da məktubu başlayanda əvvəldə Allahın adı ilə başlayır. Şah buna etiraz edir və şahın öz adı ilə başlamasına göstəriş vrir. Lakin Tubba buna etiraz edir və yazını: “Güclü və dağıdıcı küləyi yaradan Allahın adıyla” cümləsi ilə başlayır. Tubbanın bu əməlini Allah Təala mükafatlandırır və ona padişahlıq əta edir, tayfasını da ona tabe edir. (Rağıb İsfəhani. Müfrədat əsəri- 163) Tarixçilərin və təfsirçilərin qeydlərinə görə Tubba qövmu Yəmən ərazisində yaşamış güclü, qüvvətli bir tayfa olub. Tubbanın şahlıq etdiyi dövr miladi 4-5 ci əsrlərə təsadüf edir. O böyük bir ordu ilə Məkkəyə hücum edib, Kəbəni dağıtmaq qərarına gəlir. Lakin yolda zökəm xəstəliyinə tutulur və vəziyəti pisləşir. Özünün xass həkimi olan Şamulla məsləhətləşib, ondan çarə istəyir. İnanclı həkim Kəbənin əhəmiyyət və tarixçəsini Tubbaya anladır, tövbə etsə bəlkə sağalacağını söyləyir. Tubba hücumdan vaz keçir və Kəbə evi üçün pərdə tikilməsini və bu evin pərdələrlə süslənməsini əmr edir. Beləcə o qoşunu ilə Mədinəyə tərəf yol alır. O bir ay müddətində hər gün dəvələr kəsib Mədinə xalqına və öz qoşununa ehsan verir. Həkimi Şamul ondan Mədinədə, sonuncu peyğəmbərin (s) şəhərində qalması üçün izin istəyir. O da izin verir. Beləcə Şamul və bir qrup insan Mədinədə qalır. Peyğəmbəri (s) Mədinədə qarşılayan, sonradan “ənsar” kimi tanınan insanlar həmin bu şəxslərin övladları və ya onlardan bəhrələnmiş şəxslər idi. Hətta mənbələrdə qeyd olunur ki, Tubba şah Mədinədən ayrılarkən sonuncu peyğəmbərə (s) məktub da yazır və bunu Peyğəmbərə (s) çatdırılmasını xahiş edir. İllərlə qorunan və nəsildən nəsilə əmanət kimi ötürülən məktub Əbu Əbdullah Ənsari tərəfindən Peyğmbərə (s) təqdim olunur. Peyğəmbər (s) Tubbanı qardaş adlandırır və onun üçün dua edir. Qurani Kərimdə Tubba qövmünün adı iki dəfə zikr olunur. Hər ikisində məzəmmət olunduğu, həlakətə düçar olunduğları qeyd olunur. Bu məzəmmət Tubbanın özünə deyil, qövmünə adiddir. (İstifadə olunmuş mənbə: Təfsiri Nümunə, Ələmul-Quran kitabı, Müfrədat ) Oxşar xəbərlər
|