Rüşvətin insana hansı təsirləri var?
Rüşvət – o xəbis əməllərdəndir ki, insan ruhuna dağıdıcı təsirlərini qoyur. Rüşvətin insan ruhuna vurduğu fərdi təsirlərlə tanış olaq:
1. Qəsavətə səbəb olar. Rüşvət haram mal olduğu üçün hər kim onunla qidalanar və bədənini onunla bəsləyərsə, ruhuna haram toxumlarını əkmiş olar. Pak qidanın insan qəlbinə təsiri pak olar. Əksinə, haram tikənin təsiri onun nurunu aparar və daş parçasına çevirər. Necə ki, Aşura günü İmam Hüseyn (ə) Yezid (lən) ordusuna xitab edərək buyurmuşdu: “Vay olsun sizə! Niyə sakit olmursunuz ki, sözlərimi eşidəsiniz?! Mən sizi hidayət yoluna çağırıram. Hər kim mənim ardıcılım olar – səadət əhli olar. Hər kim mənə itaətsizlik edər – həlak olanlardandır. Siz hamınız mənə itaətsizlik edirsiniz və sözlərimə qulaq asmırsınız. Bəli, qarınlarınız haramla dolmuş və qəlbləriniz möhrlənmişdir”. 2. Dua və ibadət qəbul olmaz. Həzərt Peyğəmbər (s) buyurur: “Bəndə (dua üçün) əllərini Allah dərgahına tərəf qaldırar, o halda ki, yedikləri haram olar. Bu cür halda duası necə qəbul olsun ki?!”. Bəli, dua və ibadətlərin qəbul olmasına mane olan amillərdən biri də rüşvətdir. 3. Hesabın çətin olması. Hər kim bu dünyada rüşvət vasitəsilə mal-dövlət toplayarsa, həmin mal axirətdə onun üçün cəhənnəm atəşinə çevrilər. Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, dinar və dirhəmi haradan əldə etdiyinə görə qorxmaz, mən də Qiyamət günü onu hansı qapıdan cəhənnəm atəşinə daxil etməkdən qorxmaram”. /Deyerler.org/ Oxşar xəbərlər
|