Sənin qulağına “Bismillah”ı oxuyan mənim qulağıma “Vələzzallin”ə qədər oxuyub
Mьəllif: admin1
Tarix: 28-12-2017, 21:15
Sənin qulağına “Bismillah”ı oxuyan mənim qulağıma “Vələzzallin”ə qədər oxuyub
Şeyx Ənsarinin şagirdlərindən biri belə deyir: “İbtidai dini təhsilimi başa vurduqdan sonra elmimi təkmilləşdirmək üçün Nəcəfi-Əşrəfə yollandım və Şeyxin dərslərində iştirak etməyə başladım. İlk vaxtlar onun dərslərindən bir şey anlaya bilmirdim. Nə qədər çalışsam da faydası olmurdu.

Nəhayət bir gün həzrət Əmirəl-möminin Əliyə (ə) təvəssül etdim. Axşam yuxuda gördüm ki, həzrətin hüzurundayam. Əmirəl-möminin Əli (ə) mənim qulağıma “Bismillahir-Rəhmanir-Rəhim”i oxudu. Səhəri gün dərsə gələndə artıq dərsi başa düşürdüm. Yavaş-yavaş dərslərimdə irəliləyiş olmağa başladı.

Bir neçə gündən sonra artıq sinifdə mən də mövzu haqqında öz fikrimi söyləyirdim. Bir gün dərsdə Şeyxlə çoxlu bəhs edib ona iradlar tutdum. Həmin gün dərs qurtarandan sonra Şeyxin hüzuruna getdim. O, yavaşca qulağıma pıçıldayıb dedi: “Sənin qulağına “Bismillah”ı oxuyan mənim qulağıma “Vələzzallin”ə qədər oxuyub.” O, bunu deyib getdi.

Mən bu işdən çox təəccübləndim və başa düşdüm ki, Şeyx Ənsari kəramət sahibidir, çünki o vaxta qədər yuxumu heç kimə danışmamışdım.”


www.ahliman.info
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031