Dünyanı cənginə alan abort dəhşətinin Allah dərgahında cəzası
Mьəllif: admin1
Tarix: 29-12-2021, 20:38
Dünyanı cənginə alan abort dəhşətinin Allah dərgahında cəzası
“Siqt” etmək yəni ana bətnindən uşaqı vaxtından qabaq düşürməyə deyilir.

Fərqi yoxdür bu düşürmə qəsdən olsun, yaxud bilməyərəkdən. Bu əməl həm dini, həm də ictima baxımdan pis iş hesab olunur.

Dini mətnlərdə abortun insan mənəviyyatını məhv etidini, onu böyük günaha düçar etdiyini, Allahın verdiyi cana qəsd edən birisi kimi tanıtdırdığının şahidi oluruq.

Həkim və psixoloqların da bu işi pislədiklərini, cəmiyyətdə qadın-kişi tarazlığının pozulmasına gətirib çıxarmasını dediklərini görürük.

Qəsdən abort etmək İslam nəzərində haram, həmçinin böyük günahlardandır. Hətta bu əmələ insan qətli ilə bərabər də tutulur. Dölün ana bətnində inkişaf mərhələsinə görə, siqt olunan hər dölün özünün kəffarəsi də (cəriməsi) vardır.

Dölün ilk 40 gündə olan mərhələsi “nütfə” adlanır və onun salınması (siqt) 20 misqal qızıldır. (Hər misqal 18 noxud qızıldır. Yaxud hər misqal - 6 qrama yaxındır)

Sonrakı 40 günlük mərhələ “ələqə” adlanır (qan forması). Bu müddətin diyəsi 40 misqaldır.

Sonrakı 40 gün “muğzə” (ət) mərhələsidir. Diyəsi 60 misqal qızıldır.

Sonrakı mərhələdə sümüklər formalaşır. Bu mərhələnin diyəsi 80 misqal qızıl, bədən formalaşıb cinsiyyəti bilinənə qədər diyəsi 100 misqal qızıldır.

Cinsiyyəti bilinəndən sonra əgər oğlandırsa 1000 misqal, qızdırsa 500 misqal qızıldır. Əgər hamilə qadın qəsdən elə bir iş görə ki, uşağı siqt olsun yuxarıda deyilənlərə uyğun olaraq diyəni nütfənin varislərinə ödəməlidir. Özü bu irsdən heç bir pay aparmır.

Həmçinin ruh daxil olduqdan sonra bu iş görülsə (siqt) qətl kəffarəsi vacib olur (Ayətullah Lənkərani). (Hələ dünyaya gəlmədiyi üçün mütləq qisas vacib olmur).

Bütün yuxarıda deyilənlərdən məlum olur ki, “siqt” əməli böyük günahlardandır. Bu əməl həm fərdi, həm də cəmiyyəti həlakətə aparır.

İlahi qanunlar baxımından aborta yalnız ananın həyatına təhlükə yarana biləcəyi halda icazə verilir. Əks halda heç bir halda dünyaya gələcək uşağın abort edilməsinə icazə verilmir və insan qətliamına bərabər günah hesab edilir.


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930