İmam Zamanın (ə.f) qəlbini necə şad edə bilərik?
Məsum İmamlardan (ə) belə bir hədis vardır: “Biz Əhli-Beytin (ə) zinəti olun və bizim xarlıq mənbəyimiz olmayın”.
Başqa hədisdə oxuyuruq: “Niyə Rəsulallahı (s) narahat edirsiniz?”. Bir nəfər soruşur: “Necə narahat edirik?”. Həzrət (ə) buyurur: “Məgər bilmirsiniz ki, sizin əməlləriniz Həzrətə (s) təqdim olunur?! Əgər günahı görərsə, narahat olar. Ona görə də Allahın Rəsulunu (s) narahat etməyin, əksinə sevindirin”. Bu hədislərdən göründüyü kimi, hər bir Əhli-Beyt (ə) davamçısının etdiyi pis və xoşagəlməz əməllər Məsumların (ə) incidilməsinə və əziyyətinə səbəb olur. Belə isə, hər kim İmam Zaman ağanı (ə) sevindirmək istəyirsə, gərək təkcə günahdan çəkinməsin, həm də həsənə və saleh əməllərlə o Həzrətin (ə.f) qəlbini şad etsin. Hər kim dövrünün İmamının (ə) qəlbini şad edər, əslində Allah Təalanı şad etmiş olar. “De: «Əgər Allahı sevirsinizsə, onda mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah çox bağışlayan və mehribandır»”. (“Ali-İmran” 31). İmam Sadiq (ə) buyurur: “İlahi təqvaya, təvazökarlığa, səyə malik olun, düz danışın, əmanəti əda edin, qonşulara yaxşılıq edin. İnsanları qeyri dillə (əməllə) öz məzhəbinizə dəvət edin və bizim zinətimiz olun. Bizim üçün ar olmayın. Rüku və səcdələrinizi uzun edin. Çünki əgər sizlərdən hər kim rükusunu və səcdəsini uzun edərsə, şeytan başının arxasından fəryad çəkər: “Ey vay ki, o itaət etdi və mən isə itaətsizlik. O, səcdə etdi, mən üsyan””. İmam Rza (ə) buyurur: “Bizim əmrimizi dirçəldən bəndəyə Allahın rəhməti olsun!” Soruşurlar ki, sizin əmrinizi necə dirçəltmək olar. Həzrət (ə) cavab verir: “Bizim elmimizi öyrənərək və onu insanlara öyrədərək. Çünki əgər insanlar bizim sözlərimizin gözəlliyini və əzəmətini dərk etsələr, mütləq bizə meyil edər və bizim davamçımız olarlar”. /Deyerler.org/ Oxşar xəbərlər
|