Əhli-Beyt (ə) davamçısı yoxsul deyildir
Əhli-Beyt (ə) davamçılarından olan bir nəfər İmam Sadiqin (ə) xidmətinə gəlir. Yoxsulluğundan şikayət edir.
Həzrət (ə) ona buyurur: “Sən bizim dostlarımızdansan. Yoxsulluğunu bəyan edirsən, halbuki bizim davamçılarımızın hamısı ehtiyacsızdırlar. Sənin üçün faydalı ticarət vardır ki, səni ehtiyacsız edər”. Kişi soruşur: “O ticarət nədir?”. Həzrət (ə) buyurur: “Əgər zəngin insanlardan biri sənə desə ki, yer üzünü gümüşlə dolduraram, səndən istəyirəm ki, Peyğəmbər (s) Əhli-Beytinin (ə) sevgisini qəlbindən çıxardasan və onların düşmənlərinə qarşı məhəbbət əldə edəsən, bu işi görməyə hazır olarsanmı?”. Deyir: “Xeyr, ya ibni Rəsulallah! Hətta əgər dünyanı qızılla doldursa belə”. Həzrət (ə) buyurur: “Deməli, sən yoxsul deyilsən. Yoxsul o kəsdir ki, sənin malik olduğuna malik olmasın”. İmam Sadiq (ə) öz malının bir hissəsini ona bağışlayır və onu azad edir. /Deyerler.org/ Oxşar xəbərlər
|