Bu duanı asqıran şəxsə demək yaxşıdır
İmam Həsən Əsgərinin (ə) kənizlərindən olan Nəsim adlı bir qadın deyir:
“Həzrət Mehdi (ə.f) anadan olandan sonra bir gün o həzrətin yanına getdim. Həzrətin yanında asqırarkən O, üzünü mənə tutub, buyurdu: Yərhəmukillah! (Allah sənə rəhm etsin!). (Kişi olarsa Yərhəmukullah deyilir-red). Bu duanı asqıran şəxsə demək yaxşıdır.” Mən çox xoşhal oldum. Həzrət (ə) buyurdu: “Asqırmaq barəsində sənə müjdə verməyimi istəyərsənmi? –Bəli-deyə cavab verdim. O həzrət buyurdu: “Asqırmaq, ölümdən üç gün amanda qalmaq nişanəsidir”“. www.ahliman.info Oxşar xəbərlər
|