İlahi peyğəmbərlər (ə) də insan olublar, mələk və digər varlıq deyil
Mьəllif: admin1
Tarix: 1-01-2018, 19:46
İlahi peyğəmbərlər (ə) də insan olublar, mələk və digər varlıq deyil
“Bizim səndən əvvəl göndərdiyimiz peyğəmbərlər istisnasız olaraq yemək yeyir və bazarlarda gəzirdilər. Biz sizin bir qisminizi digəriniz üçün (peyğəmbər və ümmət, ağıllı və nadan, varlı və yoxsul təbəqələrini) sınaq vasitəsi etmişik, ki, (görək öz vəzifələrinizi yerinə yetirməkdə) səbir edəcəksinizmi? Sənin Rəbbin (hamının halını) həmişə görəndir”. (“Furqan” 20).

Allah Təala bu ayədə kafirlərə buyurur ki, peyğəmbərlər (ə) də insan olmuşdular. Onlar da sizin kimi yemək yeyib, bazarlarda gəzmişdilər.

Allah Təala bəzi insanları bəziləri vasitəsilə imtahana çəkir. Allah büruzə edir ki, bu imtahan zamanı kimlər daha çox səbir nümayiş etdirəcəkdir.

Bu mübarək ayədən çıxartdığımız nəticələr:

1. Peyğəmbərləri göndərmək – Allahın İlahi sünnətidir.

2. Tarixlə tanışlığı olan insanı bu həqiqət tərki-silah edər və Peyğəmbər (s) üçün isə təskinlik vasitəsi olar.

3. Bütün peyğəmbərlər (s) insan kimi yaşayıblar.

4. Müəllim gərək tələbələrlə qaynayıb-qarışsın.

5. Peyğəmbərlərin (ə) sadə həyatı insanlar üçün imtahandır.

6. İnsanların imtahan vasitələrindən biri – başqa insanlardırlar. Bəzən bir insan zəngindir, imtahan olunar ki, şükür edir, yoxsa yox. Bəzən bir insan yoxsuldur, imtahan olunar ki, səbir edir, yoxsa yox.

7. İlahi imtahanda müvvəffəq olmağın açarı – səbirdir.

8. İlahi imtahanın fəlsəfəsi – insanın tərbiyə olunmasıdır.

9. Əgər insan qəbul etsə ki, Allah ona nazirdir, səbirin yaranması üçün əsil amil olar.

Səbirlə bağlı Həzrət Peyğəmbər (s) buyurur: “Səbrin dörd şöbəsi vardır: Şövq, qorxu, zöhd və intizar.

Hər kimin behiştə şövqü olar, hava və nəfsindən əl çəkər.

Hər kim atəşdən qorxar, özünü haramlardan saxlayar.

Hər kim dünyaya etinasız olar, giriftarlıqları heç sayar.

Hər kim ölümün intizarını çəkər, xeyir işlərdə səy edər”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930