Yəhudilərin və xristianların ibadəti necədir?
Mьəllif: admin1
Tarix: 29-05-2021, 23:18
Yəhudilərin və xristianların ibadəti necədir?
Bütün İlahi dinlərdə Allaha ibadət və bəndəlik ilk sırada durur. Bəs xristian və yəhudi dinlərində necə ibadət edirlər?

Xristianların ibadəti daha çox duaya bənzəyir. Xristian dinindəki ibadət, İslam dinindəki keyfiyyət və kəmiyyətə malik deyildir. Əsasən bazar günləri cəmlə ibadət edir, moizə dinləyir və dualar edirlər. Eləcə də, əlamətdar günlərdə kilsələrdə toplaşır və cəmlə ibadət edirlər.

Fərdi ibadətlərə, əsasən, xüsusi dua kitablarından oxunan dualar aiddir.

Yəhudilər isə gündə üç dəfə ibadət edirlər. Bu ibadət aravit adlanır. Yəhudi dini kitablarına əsasən ibadətin üç vaxtı belədir:

1. İlk ibadət şəhriyət adlanır ki, onu səhər çağından günəş çıxana qədər qılırlar. Bu ibadətdə əllərini Tək olan Allahın dərgahına tərəf uzadır və Ondan istəyirlər ki, onlara salamatlıq, ruzi və dərk əta etsin.

2. İkinci ibadət minha adlanır ki, zöhrün yarısından günəş batandan əvvələ qədər qılınır.

3. Üçüncü ibadət uruyət adlanır ki, günəş batandan gecə yarısına qədər qılınır.

Bu üç ibadət – yəhudilərin gündəlik etdiyi ibadətlərdəir. Onların bayramlarına məxsus olan ibadətləri başqadır. Şənbə günü və bayram günlərində etdikləri susəf adlı ibadət kimi. Onu səhər edir və Tövratdan fəsillər oxuyarlar.

İbadətlərində bu tərtibə riayət olunmalıdır:

1. İbadətə məxsus zikrləri fasiləsiz demək.

2. İbadət vaxtı ayaqlar bir-birinə sıxılmalı və gözlər ya aşağıya baxmalıdır, ya da əlində olan kitaba.

3. Əgər əlində kitab yoxdursa, əlləri sinədən aşağıda bir-birinin üzərinə qoyarlar.

4. Heç nəyə söykənmək olmaz və qarşılarından da gərək heç kəs keçməsin.

5. Nə salam verə bilər, nə də salamın cavabını ala bilərlər.

Onların da camaat ibadətləri vardır və bu ibadətdə ən azı on nəfər iştirak etməlidir. Bəzi ibadətləri vardır ki, onu ancaq camaatla edirlər, fərdi deyil.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930