İnsan bədəni torpaq kimidir
Mьəllif: admin1
Tarix: 2-01-2018, 10:35
İnsan bədəni torpaq kimidir
İmam Rza (ə) buyurur: “Bil ki, insan bədəni pakizə torpaq kimidir. Nə zaman onu sulamaq istəsən, etidala riayət et. Nə o qədər su ver ki, qərq olsun və bataqlığa çevrilsin və nə o qədər əsirgəmə ki, quru qalsın. Bu cür torpaq həmişə abad olar. Məhsulu çox və bəhrəsi pakizə olar. Ancaq əgər onun barəsində qəflət olarsa, məhv olar və artıq onda bitki bitməz”.

Bəli, İmam (ə) insan bədənini torpağa bənzətmiş və buyurmuşdur ki, onu sulayan zaman gərək etidala riayət edəsən. Bu etidal həmin torpağı abad edər və xarab olmaqdan saxlayar.

İnsan bədənini qidalandırdığı hər bir məsələyə diqqət etməli və onların miqdar və səviyyəsində, keyfiyyət və kəmiyyətində etidala riayət etməlidir. Əgər yeməyində və içəcəklərində etidala riayət edərsə, xəstəlikdən uzaq olar və ömrünü uzadar. Əgər ifrat edərsə - çəkisi artar və xəstəliklər sorağına gələr. Onu ibadət və itaət əməllərində süstlüyə tərəf çəkər.

Əgər əksinə təfrit edərsə və bədəninin suyunu və yeməyini kəsərsə - halsız və yorğun olar. Lazım olan qədər fəaliyyət göstərə bilməz. İbadət və itaət əməllərində taqətsiz olar.

Ona görə də aqil insan öz bədəninə torpaq kimi baxmalıdır. Əgər onu qidalandıran zaman etidala əməl edərsə, bu zaman bədəni sağlam olar və ona daha çox bəhrə verər.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031