Ərinə bir qurtum su içirdən xanım, 1 il ibadətin savabını qazanar
Ayətullah Müctehidi Tehrani buyurur: “Aqibətin xeyirli olması saqqalla, araqçınla, əba və əmmamə ilə deyildir. İnsan gərək bu şeylərə etimad etməsin.
Baxmaq lazımdır ki, necə oldu Ömər ibni Səədin ordusunda olanların bəzisi İmam Hüseynə (ə) qoşuldular və aqibətləri xeyirli oldu. Ancaq bir dəstə İmamla (ə) gəldilər, ancaq ondan ayrılıb getdilər”. Aqibətin xeyirli olması deyildikdə İlahi rəhmətə, feyzə qoşulmaq, İlahi qürb məqamına çatmaq nəzərdə tutulur. Bir müsəlmanın həyatdakı əsil hədəfi bu olmalıdır. “Kişi və ya qadınlardan mömin olaraq yaxşı işlərdən (bir şey) yerinə yetirən kəslər, Cənnətə daxil olacaqlar və onlar hətta xurma çərdəyinin arxasındakı nöqtə qədər zülmə məruz qalmayacaq və haqlarından kəsilməyəcəkdir”. (“Nisa” 124). Həzrət Peyğəmbər (s) qadınların aqibətinin xeyirli olması üçün 6 yol tövsiyə edir ki, onlara nəzər salaq. 1. Həzrət Peyğəmbər (s) buyurur: “Elə bir qadın yoxdur ki, ərinə bir qurtum su içizdirsin, məgər o halda ki, bu əməli onun üçün bir il gündüzləri oruc tutmaqdan və gecələrini ibadətlə keçirtməkdən daha yaxşıdır. Allah ərinə içizdirdiyi hər qurtuma görə onun üçün behiştdə şəhər salar və 60 günahını bağışlayar”. 2. Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “Elə qadın yoxdur ki, ərinə paltar geyindirsin, məgər o halda ki, Allah Qiyamət günü behiştin 70 xələtini ona geyindirər. Həmçinin Qiyamət günü ona hurilərdən 40 kəniz verilər ki, xidmət etsinlər”. 3. Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “O qadın ki, ölən zaman əri ondan razı olar, behiştə gedər”. 4. Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “O qadın ki, ərinə yeddi gün yardım edər, Allah cəhənnəmin yeddi qapısını üzünə bağlayar, behiştin yeddi qapısını üzünə açar ki, hansı qapıdan istəsə daxil olsun”. 5. Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “O qadın ki, ərinin əmrinə itaət edər, haqqını yerinə yetirər, yaxşılıqlarını yada salar, özündə və ərinin malında ona xəyanət etməz – behiştdə şəhidlərlə onun arasında ancaq bir dərəcə fasilə olar. Əgər əri mömin və xoş əxlaqlı olarsa, behiştdə də onun xanımı olar. Əks halda – Allah şəhidlərdən olan kişini onun həyat yoldaşı edər”. 6. Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “O qadın ki, Allahdan qorxar və ətəyini qoruyar, ərinə itaət edər – behiştin səkkiz qapısı üzünə açılar və ona deyilər: “Hansı qapıdan istəsən, daxil ol!””. /Deyerler.org/ Oxşar xəbərlər
|