Bərəhut nədir? Bu yer haradadır və kimin üçündür?
Mьəllif: admin1
Tarix: 3-01-2018, 20:21
Bərəhut nədir? Bu yer haradadır və kimin üçündür?
Lüğətə nəzər salsaq görərik ki, bərəhutun mənası vadi deməkdir. Ancaq bəzi dilşünas alimlərinin nəzərinə görə, quyu mənasını da verir.

Əgər hədislərə nəzər salsaq, görərik ki, bərəhut hər iki mənada istifadə olunmuşdur.

İmam Əli (ə) buyurur: “Müsəlmanların ruhları behiştdə Səlmi adlı bulağın yanında yerləşirlər. Müşriklərin ruhları isə Bərəhut adlı atəşdən olan quyuda”.

İmam Sadiq (ə) buyurur: “Yəmən diyarının arxasında bir dərə vardır ki, onu Bərəhut adlandırırlar. O, dərədən qara ilanlardan başqası keçməz”.

İmam Əli (ə) buyurur: “İnsanlar üçün ən üstün diyar – Məkkə vadisi və Hindistanda olan vadidir. İnsanlar üçün ən pis vadi iki vadidir: Əhqaf vadisi və Həzrəmutda olan Bərəhut adlı vadidir. İnsanlar üçün ən üstün quyu – Zəmzəm quyusudur. İnsanlar üçün ən pis quyu – Bərəhut quyusudur ki, kafirlərin ruhları orada yerləşirlər”.

İslam Peyğəmbəri (s) buyurur: “Yer üzündə qərar tutan ən üstün su – Zəmzəm suyudur ki, onda xəstəlik üçün şəfa vardır. Yer üzündə ən pis su – Bərəhut vadisinin suyudur”.


İmam Əli (ə) buyurur: “Zəmzəm suyu – yer üzündə olan ən üstün sudur. Yer üzündə olan ən pis su – Bərəhut suyudur”.

İmam Baqir (ə) buyurur: “Allah, şərqdə bir atəş xəlq etmişdir ki, kafirlərin ruhlarını ora qoyar. Gecələri onun zəqqumundan yeyər və qaynar suyundan içərlər. Səhər zamanı onları Bərəhut vadisinə apararlar ki, şiddətli atəşi vardır”.

İmam Baqir (ə) ərəblərdən birinə buyurur: “Sizin arxanızda bir vadi vardır ki, onu Bərəhut adlandırırlar. Müşriklərin ruhları Qiyamətə qədər orada əzab görərlər”.

İmam Əli (ə) buyurur: “Ey Nəbatənin oğlu! Əgər pərdələr kənara çəkilərsə, möminlərin ruhlarını hər an burada (Vadis-səlamda) görərsiniz ki, halqa vurublar. Bir-birini görməyə gedərlər və bir-biri ilə söhbət edərlər. Burada hər bir möminin ruhu vardır. Bərəhut vadisində isə hər kafirin canı”.

İmam Rzaya (ə) sual verirlər ki, yer üzərində olan ən pis dərə hansıdır? Həzrət (ə) buyurur: “Yəməndə Bərəhut adlı bir dərə vardır ki, cəhənnəm dərələrindəndir”.

Beləliklə deyə bilərik ki, Bərəhut – cəhənnəm quyusu və ya cəhənnəm dərəsidir ki, kafirlərin, müşriklərin ruhları orada sakin olar və əzab görərlər. Hədislərin nəzərinə görə, bu yer Yəməndə yerləşir. Ancaq insan onu maddi gözü ilə görə bilmir. Bunun üçün gözünün önündə olan pərdənin kənara çəkilməsi lazımdır.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031