İnsan yalnız bir yolla Allaha çata bilər
Mьəllif: admin1
Tarix: 2-01-2022, 20:35
İnsan yalnız bir yolla Allaha çata bilər
O zaman ki, səfərə çıxırsınız, istəyirsiniz ki, çox rahat məqsədinizə çatasınız. Əgər başqa bir ölkəyə gedirsinizsə, sizin üçün ən rahat minik növü təyyarədir. Çünki sizi daha tez və daha rahat məqsədinizə çatdıra bilər.

İnsan hərəkətsiz bir varlıq deyildir. Əksinə, hərəkətli və fəaldır. Bu hərəkətin məqsədi – həqiqətdə Allaha çatmaqdır.

Quran insanlara xitab edərək buyurur: “Ey insan, şübhəsiz, sən öz Rəbbin(in camal və cəlalını, savab və cəzasını görməy)ə doğru böyük bir səylə (yaradılışla və təbii yol ilə) çalışıb çabalayırsan. Beləliklə, sən Ona qovuşacaqsan”. (“İnşiqaq” 6).

Bu dünyada yaşayan hər bir insan - istər mömin olsun, istərsə də kafir - Allahla görüşə tələsir və hamısı Onunla görüşəcəkdir. Bir fərqlə ki, möminlər Allahın Camal və Mehr sifəti ilə üzləşəcəklər, kafirlər Calal və Qəhr.

Biri Allahı Rəhim və Rəhman sifəti ilə görəcək, o birisi Əşəddul-müaqibin. Allaha çatmağın yolları sonsuzdur. Ancaq insan yalnız bir yolla Ona çata bilər ki, bu da Siratül-müstəqim yoludur. İnsan gərək özü bu yolu seçsin və Siratül-müstəqim çayının vasitəsilə dənizə qovuşsun. Siratül-müstəqim Allaha gedən ən düz və ən qısa yoldur.

Əgər insan şəkk və şübhə yolunu seçərsə, bu zülmətli yolda yeriyə bilməz. Çünki bu cür yollarda nur olmaz. O kəsə bənzəyər ki, bəzən işıq olanda gedər, qaranlıq olanda dayanar. “Onlara işıq saçan zaman həmin işıqda yol gedər, fəza qaranlıqlaşanda isə dayanarlar”. (“Bəqərə” 20).

Şeytana (lən) itaət edənlər isə sürünən ilan və əqrəbə bənzəyərlər. “Allah hər bir canlını sudan yaratmışdır. Onların bəzisi (ilan, balıq və digər sürünənlər) qarnı üstə sürünür, bəzisi (insan və quşlar kimiləri) iki ayağı üstə yeriyir və bəzisi dörd ayağı üstə yeriyir. Allah istədiyini yaradır. Həqiqətən Allah hər şeyə qadirdir”. (“Nur” 45).

Onlar qeybət edər və dilləri ilə insanları sancarlar. Onlar Allaha doğru gedən yoldan azarlar. O kəs ki, sürünür, Allaha necə çata bilər ki?! Bəzi insanlar sələm yeyərək, rüşvət yeyərək, haram mal və yetimin malını yeyərək sürünürlər və onların heyvandan heç bir fərqi yoxdur.

Qiyamət günü əməllərimiz zühur edəcəkdir. O şeyi ki, bu dünyada yerinə yetirmişik və əməlin batinini görə bilməmişik - Qiyamətdə bizə göstəriləcəkdir. Bu zaman bəzilərini torpaq üstünə düşüb zəlil olanlardan olan görərsən, bəzilərini isə səadət və behişt əhlindən.

Allah Quran ayələrində buyurur ki, bu dünyada yol getmək üçün nura ehtiyac vardır. Bu nur isə ancaq iman və təqva vasitəsilə hasil olar. İman nuru yollarını elə aydınlandırar ki, heç bir zaman günah etməzlər. Çünki Allah onları hidayət etmişdir.

“Ey (Allaha və keçmiş peyğəmbərlərə) iman gətirənlər! Allahdan qorxun və Onun peyğəmbərinə (Muhəmmədə (s)) iman gətirin ki, sizə Öz mərhəmətindən iki pay (bir pay ona iman gətirməyə görə, bir pay isə keçmiş peyğəmbərlərə iman gətirdiyiniz üçün) əta etsin, vasitəsi ilə yol (dünyada ictimai həyat yolunu, məhşərdə isə cənnət yolunu) getməyiniz üçün bir nur versin və sizi bağışlasın. Allah bağışlayan və mehribandır”. (“Hədid” 28).

İman - quru bir əqidə deyildir, imanlı insanların canında olan ruhdur. Bu nur insanın bütün həyatına təsir edər. Həzrət Peyğəmbər (s) buyurur: “Mömin Allahın nuru ilə baxar”.

“Məgər (küfr və imansızlıq ölümü ilə) ölmüş və sonra Bizim (dinə hidayət etməklə) dirildərək (imanından,) vasitəsilə insanlar arasında yol getdiyi (yaşadığı) bir nur verdiyimiz şəxs, (etiqadi və əməli azğınlıq) zülmətlər(in)də olan və ondan çıxmayacaq şəxs kimidir?! Kafirlərin etdikləri əməllər, onlar üçün beləcə zinətlənmişdir”. (“Ənam” 122).



/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930