Dəqiq hesab bu cür çəkilir...
Seyyid Nemətallah Cəzairi “Ənvar Nəmaniyyə” kitabında yazır: “Yoxsul insanlardan biri dünyasını dəyişmişdi. İnsan cəmiyyətinin çoxluğundan cənazəsini səhər dəfn etməyə aparsalar da, ancaq axşama doğru dəfn edə bilmişdilər.
İnsanlardan bir neçəsi onu yuxuda görmüşdü. Soruşmuşdular ki, Allah səninlə nə etdi? O da cavab vermişdi: “Allah məni bağışladı və mənim haqqımda çoxlu yaxşı sözlər buyurdu. Ancaq hesabı dəqiq çəkdi. Hətta bir gün buğda satan dostumun dükanında əyləşmişdim və oruc idim, azan verilən zaman buğdalardan birini götürdüm və dişlərimlə onu iki yerə böldüm. Bu zaman xatırladım ki, buğda mənim deyildir və sınmış bu buğdanı o birilərinin üstünə atdım. Allah Təala məndən hesab çəkən zaman, sındırdığım bu buğdanın qiymətində yaranan əskikliyi da nəzərə aldı”. /Deyerler.org/ Oxşar xəbərlər
|