Zühur əsrində Allahın qeybi yardımları
İmam Zaman ağanın (ə) idarəçiliyinin zəminələri əsrlər boyu hazırlanar və onun qurulması isə zühurun baş verməsinin ardınca həyata keçər. Bu ardıcıllıqlarla tanış olaq:
1. Qiyamın ani olması. İmam Məhdi (ə.f) o zaman zühur edər ki, düşmən qəflətdə qərar tutacaqdır. Ani qiyamın baş verməsi onları heyrətə salar və Həzrətin (ə.f) qələbəsi tez baş verər. Həzrət (ə.f) buyurur: “Həqiqətən, bizim məsələmiz ani şəkildə olacaqdır”. 2. Qeyb yardımının vasitəsilə işlər islah olacaqdır. Hədislərimizin buyurduğu kimi, İmam (ə.f) qiyam edən zaman Allah ona qeyb yardımları edəcəkdir. Qələbəsini asan və işlərini islah edəcəkdir. Həzrət Peyğəmbər (s) buyurur: “Məhdi (ə.f) – biz Əhli-Beytdəndir (ə). Allah onun (məsələsini) bir gecədə islah edəcəkdir”. Allahın qeyb yardımları bunlardır: a). Düşmənin qəlbində qorxu yaratmaq. Allah düşmənin qəlbində elə qorxu yaradacaqdır ki, öz qüdrətlərini göstərə bilməyəcəklər. b). Mələklər yardım edəcəkdir. Hədislərdə oxuyuruq: “Allah ona üç min mələklə yardım edəcəkdir”. c). Təbii qüvvələrin vasitəsilə yardım alacaqdır. İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: “(O zaman ki) bizim Qaim (ə.f) zühur edəcəkdir, yer üzündə olan bütün müşriklər məhv olacaqdır. O yerə qədər ki, daş dilə gələcək və möminə deyəcəkdir: “Ey mömin! Mənim içimdə kafir vardır, məni sındır və onu qətl et!”. 3. İmamın (ə.f) nəzərsiz rəhbərlik məharəti. Qiyamın qələbəsinin səbəblərindən biri də İmamın (ə.f) şücaəti və orduya nəzərsiz rəhbərlik məharəti olacaqdır. Əmirəl-möminin (ə) buyurur: “Atam fəda olsun ən yaxşı kənizimin övladına ki, (zalımlar və kafirləri) xar və zəlil edəcəkdir, zəhər badəsini boğazlarına tökəcəkdir və onlarla qılıncla rəftar edəcəkdir”. 4. Möminlərin və salehlərin yardımı. Dünyanın hər yerində olan möminlər və saleh insanlar İmama (ə.f) yardım etmək üçün toplaşacaq və onun bayrağı altında yığılacaqlar. Ona yardım edəcəklər. 5. Xristianlar İmam Məhdiyə (ə.f) qoşulacaqlar. İmam Məhdi (ə.f) qiyam edən zaman Həzrət İsa (ə) yerə enəcək və Həzrət Məhdiyə (ə.f) iqtida edəcəkdir. Onun imamətliyi ilə namaz qılacaqdır. Həmçinin düşmənləri əzməkdə İmama (ə.f) yardım edəcəkdir. Bu hadisədən sonra bütün xristianlar İmamın (ə.f) bayrağı altında İslamı qəbul edəcəklər. İmam Baqir (ə) buyurur: “O zaman ki, on min nəfər Həzrətin (ə.f) ətrafına gələrlər, artıq yəhudi və xristian tapılmayacaqdır, məgər o halda ki, ona və qiyamına iman gətirəcək və onu təsdiq edəcəklər”. 6. Zühurdan əvvəl düşmənlərin məhv edilməsi. İmam Sadiq (ə) buyurur: “Qaimin (ə.f) qiyamından əvvəl hər cür ölüm mövcud olacaqdır: ağ ölüm, qırmızı ölüm. Yeddi nəfərdən beş nəfəri öləcəkdir. Qırmızı ölüm – öldürülməkdir, ağ ölüm – taun xəstəliyidir”. Başqa hədisdə oxuyuruq: “Həzrət (ə.f) qiyam etməyəcəkdir o zamana qədər ki, insanların üçdə biri qətl ediləcəkdir, üçdə biri dünyadan gedəcəkdir və üçdə biri qalacaqdır”. 7. İnsanların xoş qarşılaması. İmamın (ə.f) zühuru o zaman baş verəcəkdir ki, bütün insanlar çətinlik və müşkül içində olacaqlar. Ona görə də onları bu çətinlikdən xilas edən xilasedicinin intizarında olacaqlar. O zaman ki, İmam (ə.f) qiyam edəcək, ona təslim olub, qiyamını xoş qarşılayacaqlar. Hədislərin birində oxuyuruq: “İslam ümməti Məhdiyə (ə.f) məhəbbət göstərəcək və ona tərəf pənah aparacaqdır. Necə ki, bal arıları öz mələkələrinə tərəf pənah apararlar. Yer üzündə ədaləti yayacaqdır”. Allah Təala bizləri zühuru tezləşdirənlərdən qərar versin! /Deyerler.org/ Oxşar xəbərlər
|