ELMİ İLƏ ƏMƏLİ HƏMAHƏNG OLMYANLAR...
Mьəllif: admin1
Tarix: 4-01-2018, 14:30
ELMİ İLƏ ƏMƏLİ HƏMAHƏNG OLMYANLAR...
Allah-Taala Qurani-Kərimin “Əraf” surəsinin 175-176-cı ayəsində belə buyurur:

وَاتْلُ عَلَیهِمْ نَبَأَ الَّذِی آتَینَاهُ آیاتِنَا فَانْسَلَخَ مِنْهَا فَأَتْبَعَهُ الشَّیطَانُ فَكَانَ مِنَ الْغَاوِینَ

“(Ya Rəsulum!) Onlara ayələrimizi (ilahi elm və maarifi) verdiyimiz şəxsin əhvalatını oxu. O, (naşükürlüklə) özünü ayələrdən uzaqlaşdırdı. Şeytan onu özünə tabe etdi və o, (haqq yoldan) azanlardan oldu.”

وَلَوْ شِئْنَا لَرَفَعْنَاهُ بِهَا وَلَكِنَّهُ أَخْلَدَ إِلَى الْأَرْضِ وَاتَّبَعَ هَوَاهُ فَمَثَلُهُ كَمَثَلِ الْكَلْبِ إِنْ تَحْمِلْ عَلَیهِ یلْهَثْ أَوْ تَتْرُكْهُ یلْهَثْ ذَلِكَ مَثَلُ الْقَوْمِ الَّذِینَ كَذَّبُوا بِآیاتِنَا فَاقْصُصِ الْقَصَصَ لَعَلَّهُمْ یتَفَكَّرُونَ

“Əgər Biz istəsəydik, onu ayələrimiz vasitəsilə ucaldardıq. Lakin o, yerə (alçaqlığa) üz tutdu və nəfsinin istəklərinə uydu. O, bir itə bənzəyir ki, üstünə hücum etsən, dilini çıxarar, ondan əl çəksən, yenə belə edər. Bu, ayələrimizi təkzib edənlər barəsində çəkilən məsəldir. Bu əhvalatları onlara söylə ki, bəlkə düşünsünlər!”

İlahi ayələr vasitəsilə ucalandan sonra onlardan üz çevirən şəxsi Allah-Taala belə tanıtdırır:

1. Onun bu əhvalatı mühüm bir xəbər (“nəbə”) kimi qeyd edilir:

وَاتْلُ عَلَیهِمْ نَبَأَ الَّذِی آتَینَاهُ آیاتِنَا...

“(Ya Rəsulum!) Onlara ayələrimizi verdiyimiz şəxsin əhvalatını oxu.”

“Nəbə” böyük və əhəmiyyətli xəbərə deyilir. “İn caəkum fasiqun binəbəin...” (Əgər bir fasiq sizə bir xəbər gətirsə, dərhal (onun doğruluğunu) yoxlayın) ayəsindəki “nəbə” (xəbər) sözündə hər kiçik xəbər yox, böyük və əhəmiyyətli xəbər nəzərdə tutulur.

2. Onun yüksək elmi məqama ucalması və ilahi maarifə dərindən yiyələnməsi, sanki bir libas kimi bütün vücudunu bürüdüyünü göstərir.

3....فَانْسَلَخَ مِنْهَا... (O, özünü ayələrdən uzaqlaşdırdı.) Öyrəndiyi və nəhayət, şeytana uyaraq uzaqlaşdığı ayələr (elm, bilik və təqva) sanki libasa bənzəyir.

4....فَأَتْبَعَهُ الشَّیطَانُ... (Şeytan onu özünə tabe etdi.) Şeytanın xüsusi olaraq azdırması onun böyük azğınlığa düşdüyünü göstərir.

Təfsirçilərin qeydlərinə əsasən, keçmiş ümmətlər içərisində bu böyük məqama yüksələn və sonda şeytana uyan şəxs Bəni-İsrail alimlərindən olan Bələm ibn Bauradır. Bəziləri də yazırlar ki, o şəxs Üməyyə ibn Əbussəlt Səqəfi olub. O, keçmiş ümmətlərin dini kitablarından Allahın bir peyğəmbər göndərəcəyini biləndən sonra özünün elçi seçiləcəyini güman edirmiş. Amma Allah həzrət Muhəmmədi (s) elçi seçdikdə, onun (s) risalətini qəbul etməyib kafir olur.

Hər halda, Quran ayələri köhnəlmir və nazilolma səbəbi xüsusi fərdə aid olsa da, ümumi xarakter daşıyır. İmam Baqir (ə) buyurur: “Bu ayə Bələm ibn Baura haqda nazil olsa da, Allah onu bu ümmətin nəfsi istəklərinə uyan, Allaha ibadət və ilahi hidayəti tərk edən dindar şəxslər üçün misal çəkir.” (“Məcməül-bəyan”, 4-cü cild, səh.500.)

SÖZLƏ ƏMƏLİN HƏMAHƏNGLİYİ
Adətən, bilikli adamlara alim deyilsə də, imam Sadiq (ə) elmi ilə rəftarı bir olanları alim adlandırır. Əks-təqdirdə, insanın öyrəndikləri özü ilə daşıdığı yükdən başqa bir şey deyildir. O həzrət belə buyurur: “Rəftarı sözünü təsdiqləyən kəs alimdir. Rəftarı sözünü təsdiqləməyən şəxs alim adlanmaz.”

Qurani-Kərimdə əməli ilə sözü bir olmayanlar kəskin surətdə qınanır:

یا أَیهَا الَّذِینَ آمَنُوا لِمَ تَقُولُونَ مَا لَا تَفْعَلُونَ

“Ey iman gətirənlər! Etməyəcəyiniz bir şeyi niyə deyirsiniz?”

كَبُرَ مَقْتًا عِنْدَ اللَّهِ أَنْ تَقُولُوا مَا لَا تَفْعَلُونَ

“Etməyəcəyiniz bir şeyi demək Allah yanında böyük qəzəbə səbəb olar.” (“Səf” surəsi, ayə 2-3.)

Atalar necə də gözəl demişlər: “Halva-halva deməklə ağız şirin olmaz.” “Qaranlıq otaq çıraq deməklə işıqlanmaz.” “Gül deməklə gülüstan yaranmaz.”

İKİNCİ AYƏNİN TƏFSİRİ
Birinci ayədə alim şəxsin tənəzzül və süqutundan söz açıldığı halda, ikinci ayədə Allah-Taala onu səbir qüvvəsi ilə tənəzzül və süqutdan saxlamağı xatırlayır. Amma bu sayaq məcburi hidayət faydasızdır. Hidayət ixtiyar üzündən olub tam azadlıqla haqq yoluna üz tutulduqda qiymətləndirilir:

...وَلَوْ شِئْنَا لَرَفَعْنَاهُ...

“Əgər Biz istəsəydik, onu ayələrimiz vasitəsilə süqutdan qurtarıb ucaldardıq.” Amma bunu etmədik. Çünki hidayətin şərti insanın ona hazırlığıdır. Hazır olmayan insana ilahi hidayət qismət olmaz. Bu həqiqət aşağıdakı iki ibarədən anlaşılır:

...وَلَوْ شِئْنَا لَرَفَعْنَاهُ...

“Əgər Biz istəsəydik, onu ayələrimiz vasitəsilə ucaldardıq.”

...وَلَكِنَّهُ أَخْلَدَ إِلَى الْأَرْضِ...

“Lakin o, yerə (alçaqlığa) üz tutdu.”

MƏSƏLİN MAHİYYƏTİ
Bu ayədə səadət yolunda öz elmindən faydalanmayan Bələm ibn Baura kimilər daim ağzını açıb dilini çıxaran itə bənzədilir.

Çoxları gənc çağlarında və yaxud orta yaşlarında təqva libasını geyinərək doğru yola düşsələr də, ömrünün axırlarında haqq yoldan dönürlər.

Demək, Peyğəmbərə (s) iman gətirən hər kəsin, hətta səhabələrin barəsində də qənaət eynidir: Onların hidayət nuru ilə İslam Peyğəmbərindən (s) bəhrələnməsi danılmazdır. Amma bu onların hər birinin ömrünün sonuna qədər şəriət üsullarına iltizamlı olmasından asılıdır. Allah-Taalanın bəzi səhabələrdən razılığını aşılayan ayələr bunun daimi deyil, müəyyən bir zamanla bağlılığına aiddir. Məsələn, onların Peyğəmbərlə (s) beyətindən sonra Allahın razılığı ömürlərinin sonuna qədər razılığına dəlalət etmir. Məsələn, “Fəth” surəsinin 18-ci ayəsində buyurulur:

لَقَدْ رَضِی اللَّهُ عَنِ الْمُؤْمِنِینَ إِذْ یبَایعُونَكَ تَحْتَ الشَّجَرَةِ فَعَلِمَ مَا فِی قُلُوبِهِمْ فَأَنْزَلَ السَّكِینَةَ عَلَیهِمْ وَأَثَابَهُمْ فَتْحًا قَرِیبًا

“(Ey Peyğəmbər!) Şübhəsiz, Allah möminlərdən onlar (Hüdeybiyyədə) ağacın altında sənə beyət edən zaman razı qaldı, onların qəlblərində olanı (niyyətlərinin saf və gözəlliyini) bildi, nəticədə, onlara rahatlıq göndərdi və onlara yaxın qələbəni (Xeybər qələbəsini) mükafat verdi.”

Allah-Taala bəzi ayələrdə üç zümrədən razı qaldığını bildirir:

1. Mühacirlər;

2. Ənsar;

3. Məkkənin fəthinə qədər bu iki qrupa tərəfdar olanlar. Məkkənin fəthindən sonra hicrətə son qoyuldu və Peyğəmbər (s) buyurdu: “Fəth və qələbədən sonra hicrət yoxdur.” “Tövbə” surəsinin 100-cü ayəsində belə buyurulur:

وَالسَّابِقُونَ الْأَوَّلُونَ مِنَ الْمُهَاجِرِینَ وَالْأَنْصَارِ وَالَّذِینَ اتَّبَعُوهُمْ بِإِحْسَانٍ رَضِی اللَّهُ عَنْهُمْ وَرَضُوا عَنْهُ وَأَعَدَّ لَهُمْ جَنَّاتٍ تَجْرِی تَحْتَهَا الْأَنْهَارُ خَالِدِینَ فِیهَا أَبَدًا ذَلِكَ الْفَوْزُ الْعَظِیمُ

“(İslamı) ilk əvvəl qəbul edib (bu işdə başqalarından) irəli düşən mühacirlərə və ənsara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedən kimsələrə gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdırlar. (Allah) onlar üçün əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnətlər hazırlamışdır. Bu, böyük qurtuluşdur (qələbədir)!”

Allah-Taalanın bu üç zümrədən razılığı onların həyatlarının son gününə qədər ismət və yaxud ədalətinə dəlil ola bilməz və onların da Bələm ibn Baura kimi haqq yoldan azmaları mümkündür. Qurani-Kərimdə Peyğəmbəri-Əkrəmin (s) səhabələri tərifləndikdən sonra, onların bəzilərinə mükafat və günahlardan bağışlanma vəd edilir:

مُحَمَّدٌ رَسُولُ اللَّهِ وَالَّذِینَ مَعَهُ أَشِدَّاءُ عَلَى الْكُفَّارِ رُحَمَاءُ بَینَهُمْ تَرَاهُمْ رُكَّعًا سُجَّدًا یبْتَغُونَ فَضْلًا مِنَ اللَّهِ وَرِضْوَانًا سِیمَاهُمْ فِی وُجُوهِهِمْ مِنْ أَثَرِ السُّجُودِ ذَلِكَ مَثَلُهُمْ فِی التَّوْرَاةِ وَمَثَلُهُمْ فِی الْإِنْجِیلِ كَزَرْعٍ أَخْرَجَ شَطْأَهُ فَآزَرَهُ فَاسْتَغْلَظَ فَاسْتَوَى عَلَى سُوقِهِ یعْجِبُ الزُّرَّاعَ لِیغِیظَ بِهِمُ الْكُفَّارَ وَعَدَ اللَّهُ الَّذِینَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ مِنْهُمْ مَغْفِرَةً وَأَجْرًا عَظِیمًا

“Muhəmməd Allahın peyğəmbəridir. Onunla birgə olanlar kafirlərin qarşısında güclü və sərt, öz aralarında isə mehribandırlar. Onları həmişə rüku və səcdə halında, daim Allahın lütf və bəxşişini və Onun razılığını diləyən görərsən. Onların (ibadət və itaətkarlıqlarının) nişanəsi səcdə nəticəsində üzlərində görünür. Bu onların Tövratdakı vəsfidir. Onların İncildəki vəsfi isə (Allahın,) pöhrələrini (kənarlarından) çıxardığı və gücləndirdiyi, nəhayət, qalınlaşaraq möhkəmlənmiş və əkinçiləri təəccübə salan bir tərzdə öz gövdəsi üzərində dayanan əkin kimidir. (Allah) onların vasitəsi ilə kafirləri qəzəbləndirmək üçün (belə edib). Allah onlardan iman gətirib yaxşı işlər görənlərə bağışlanma və böyük mükafat vəd etmişdir.” (“Fəth” surəsi, ayə 29.)

Ayədə təriflənən zümrənin nişanələri var və onlardan biri də kafirlərə qarşı güclü və sərt, öz aralarında isə mehriban olmalarıdır. Halbuki bu nişanələr bütün səhabələrdə gözə dəymir. Məsələn, “Cəməl” və “Siffeyn” döyüşlərində səhabələrin bir-birinə qarşı düşmən kəsilmələri bu məsələni daha da aydınlaşdırır. (“Qurani-Kərimdə ibrətamiz məsəllər”, Ayətullah Cəfər Sübhani, 16-cı məsəl, səh. 68-72.)

Rza Şükürlü (Maide.az)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031