Kimləri nifrin etmək olar?
Mьəllif: admin1
Tarix: 4-01-2018, 22:46
Kimləri nifrin etmək olar?
Quran və hədislərimizin nəzərinə görə, həqiqi mömin gərək əfv əhli olsun və bağışlamağı bacarsın. Çünki bu, İlahi sifələrdən biridir. Allah Təala bağışlayan və güzəşt edəndir.

Ancaq bəzən insan bir başqası tərəfindən elə zülmlərə məruz qalır ki, onu nifrin edir.

Bəs Quranın nəzərinə görə kimləri nifrin etmək olar?

1. O kəslər ki, haqqı gizlədirlər. (“Bəqərə” 159).

2. O kəslər ki, dünyadan küfr halında gedərlər. (“Bəqərə” 161).

3. Həzrət Davud (ə) və İsanın (ə) dilindən lənətlənmiş Bəni-İsrayil. (“Maidə” 78).

4. Əbu Ləhəb. (“Məsəd” 1).

5. Riba yeyənlər.

6. Şərabxorlar və şərab istehsal edənlər.

7. Rüşvətxorlar.

8. İnsan öldürənlər.

9. O kişilər ki, özlərini qadınlara bənzədirlər və əksinə.

10. Zina əhli və zinaya şərait yaradanlar.

Bunu qeyd etmək lazımdır ki, duanın qəbul olmasının şərtləri olduğu kimi, nifrinin qəbul olmasının da şərtləri vardır. Yəni, əgər kiminsə bir başqasından ürəyi sınıbdırsa və əziyyətə məruz qalıbdırsa, nifrin edən kimi onun qəbul olması mütləq deyildir.

Quranda buyurulur: “Və əgər Allah insanlar üçün şərdə (onların şər dualarının qəbulunda və ya pis əməllərinin cəzasında) onların xeyir istəməkdə (xeyirli dualarının qəbulunda, yaxud gözəl əməllərinin mükafatında) tələsdikləri kimi tələssəydi, şübhəsiz, onların ömürlərinin müddəti (Onun əzabının nazil olması ilə) sona çatardı. Buna görə də Bizə qovuşacaqlarına ümidvar olmayan (məadı inkar edən) kəsləri boşlayırıq ki, öz azğınlıqlarında sərgərdan qalsınlar”. (“Yunus” 11).

İnsanlara əziyyət vermək haqqun-nasdır ki, Allah onun cəzasını özü verər. Əgər insan ona zülm edən şəxsi bağışlasa, Allah da bağışlayar. “Və Allahı zalımların etdiklərindən əsla xəbərsiz sanma! (Allah) onlara əslində yalnız gözlərin (Məhşərin dəhşətindən) bərələcəyi gün üçün möhlət verir”. (“İbrahim” 42).

Necə də yaxşı olardı ki, insanlar bir-birinə əziyyət verəndən sonra səhvlərini başa düşərək, tərəf müqabilindən üzr istəsin və onlar üçün xeyir duası etsin. Bu əməl həm mələklərin və həm də Allahın rəhmətinə səbəb olar.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031