Doğru yolu tapmağın birinci əsas şərti Allahın kitabında
Mьəllif: admin1
Tarix: 5-01-2018, 11:01
Doğru yolu tapmağın birinci əsas şərti Allahın kitabında
Qurani Kərim Allahın kitabıdir. Bunda ağıl sahibləri üçün heç bir şübhə yoxdur. Niyə ağıl sahibləri deyirik? Çünki Quran özü təfəkkür (düşünmə) ayələrindən sonra belə müraciət edir:

“(Peyğəmbərlərin) hekayətlərində ağıl sahibləri üçün, sözsüz ki, bir ibrət vardır. (Bu Quran) uydurma bir söz deyildir.” (Yusuf-111)

İnsan düşünən, təfəkkür edən, öz müqəddəratını həll edə bilən bir varlığdır. Təbi ki, müəqəddərat (tale) deyəndə iki şey nəzərə gəlir: insanın dünya həyatı və axirəti. Çünki bu iki həyata sahib olmaq insanın əsas özəlliyidir. İnsanı digər canlılardan ayıran və bütün dinlərin bizə çatdırmaq, xatırlatmaq istədiyi əsas mövzu bu məsələdir. Hər kim bu mövzuya diqqətli olsa, bu məsələni araşdırıb müsbət nəticə əldə etsə həmin kəs artıq özünə nəzarət etmiş olur.

Özünə nəzarət, özünə diqqət çox mühüm məsələdir. Hər şeyin, bütün ideologiya və düyünlərin açarı bu məsələdir. İnsan özünü kəşf etdikcə öz həqiqətinə vaqif olur. Nəticədə Allahı kəşf edir. Çünki insanın həqiqəti yaradan Allahdandır. Hz. Əlidən (ə) deyilmiş məşhur kəlam da bunu təsdiq edir: “Özünü tanıyan rəbbini tanıyar.”

Bəli məhz bu mərhələdən sonra insan üçün hidayət və doğru istiqamətin “qapıları” açılır. Allah Təala Quranda hidayət qapılarının açılmasının, haqla batilin ayırd edilməsinə nail olmağın ilkin şərti olaraq (təqvanı) qorxmağı, çəkinməyi bildirib. Yəni Allahdan qoxmağı, çəkinməyi, həya etməyi:

“Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız (təqvalı olsanız), O sizə haqla-nahaqı ayırd edən (bir nur) verər...” (Ənfal-29)

Qurani Kərimə əsasən hidayətin, doğru yolun tapmağın, haqqla batili bir-birində ayırmağın ən əsas yolu Allaha diqqət və Ondan çəkinməkdir. İnsan qarşısına çıxan hər bir hadisədə buna nail olsa əvəzində Allah ona haqqı batildən ayıran bir nur bəxş edər.




Yaşar Nuriyev
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930