Allahı tanımağın asan yolu
İmam Həsən Əsgəri (ə) nəql edir: “Bir nəfər İmam Sadiqdən (ə) Allahı tanımağın yolunu soruşur.
İmam (ə) ona buyurur: - Ey Allah bəndəsi! Gəmiyə minmisən? Deyir: - Bəli. Buyurur: - Elə olubdur ki, mindiyin gəmi xarab olubdur və minmək üçün başqa gəmi də olmayıbdır və üzməyin də faydası olmayıbdır? Deyir: - Bəli. Buyurur: - Həmin anda qəlbində o kəsə diqqət etmisən ki, sənə nicat verə bilər? Deyir: - Bəli. Buyurur: - Qəlbinin o halda diqqət etdiyi kəs həmin Allahdır ki, nicat verə bilər””. Allah Təala bizləri hər zaman Ona diqqət edənlərdən qərar versin, inşəallah! /Deyerler.org/ Oxşar xəbərlər
|