Dostluğun davamlılığına səbəb olan amillər
İmam Sadiq (ə) buyurur: “Ey Nö’manın oğlu! Əgər qardaşının səninlə olan dostluğunun xalis olmasını istəyirsənsə, onunla (yersiz) zarafat etmə, mübahisə etməkdən çəkin, ona öyünmə və onunla dava etmə.” [1]
İmam Sadiq (ə) buyurur: “Qardaşlar öz aralarında üç şeyə möhtacdırlar ki, əgər onları yerinə yetirsələr dostluqları davamlı olacaq, əks halda isə bir-birlərindən ayrılacaq və düşmən olacaqlar. Həmin üç şey bunlardır: bir-birinə qarşı insaflı olmaq, bir-birinə qarşı mehriban olmaq və bir-birinə paxıllıq etməmək.” [2] İmam Əli (ə) buyurur: “Allaha görə dostluq edənlərin dostluqları davamlı olar, çünki həmin dostluğa səbəb olan amil həmişə mövcuddur.” [3] [1] Biharul-Ənvar, c.78, səh.291, hədis 2 [2] Tuhəful- uqul, səh.322 [3] Ğurərul-Hikəm, hədis 1795 www.ahliman.info Oxşar xəbərlər
|