Eqoistliyə görə məhv olan abid və səmimiyyətə görə xilas olan günahkar
Bəni-İsrayildən olan bir kişinin 40 il idi ki, işi oğurluq idi. Bir gün Həzrət İsa (ə) Bəni-İsrayildən olan bir abid ilə yol gedirdi.
Abid Həzrət İsanın (ə) arxasınca hərəkət edirdi. Oğru öz-özünə dedi: “Bu, Allahın peyğəmbəridir. Yanında da həvarilərindən biri var. Əgər mən də onlarla hərəkət etsəm, onlardan üçüncü olaram”. Ona görə onların dalınca getməyə başladı. İstəyir ki, Həzrət İsanın (ə) dostuna yaxınlaşsın. Sonra özünü danladı ki, mən hara, onlar hara. Həvari bu kişini müşahidə edib, fikirləşdi: “Mənim kimi bir şəxsiyyət gərək onun kimisi ilə yol getməsin. Onu geri itələdi və özünü qabağa verdi. Oğru tək hərəkət etməyə başladı. Allah Həzrət İsaya (ə) vəhy edir: “Onların hər ikisinə de ki, həvarini qəribə hərəkətinə görə əməlləri məhv oldu, ancaq o birisi öz nəfsini xar hesab etdiyi üçün onu bağışladım”. Həzrət İsa (ə) bu məsələni hər ikisinə danışır. Oğrunu da özü ilə aparır. O da öz keçmişindən əl çəkərək, tövbə edir. İsanın (ə) dostlarından olur. /Deyerler.org/ Oxşar xəbərlər
|