Şeyx Ənsarinin sadəliyi Həzrət İsanı (ə) yada saldı
Bir gün xəbər gəlib çatır ki, Şeyx Mürtəza Ənsari Bağdada gələcəkdir. Bağdad camaatı ümumi tətil edirlər və Şeyxi qarşılamağa gedirlər. Alimlərdən biri də onunla görüşmək istəyirdi, ancaq anidən xarici səfirlərdən biri ona qonaq gəlir. Alim çarəsiz qalmalı olur. Həmin xarici səfir başa düşür ki, alim başqa yerə getməli idi. Ondan soruşur: “Hara getmək istəyirdiniz?”.
Cavab verdi: “Şeyx Murtəza Ənsarini qarşılamağa gedirdim”. Həmin səfir dedi ki, mən də sizinlə getmək istəyirəm. Öz atlarına minib Şeyxi qarşılamağa getdilər. Gördülər ki, Şeyx bir ulağa minibdir və təmtəraqdan uzaq halda bir nəfərlə birlikdə Bağdada gəlir. Belə düşündülər ki, başqa adamdır. Alim və xarici səfir Şeyxi tanımadıqları üçün yanından keçdilər. Şeyx gəlib camaata çatdı. İnsanların salavat və sevinc səsləri ucaldı. İnsanlar dəniz kimi Şeyxə tərəf axışmağa başladılar. Onu əhatəyə alıb ziyarət etdilər. Məlum oldu ki, ulağa minən və sadəliyi ilə fərqlənməyə bu insan – Əhli-Beyt (ə) davamçılarının böyük mərcəsi olan Şeyx Ənsaridir. Xarici səfir təəccüblü halda alimə dedi: “Eşitmişəm ki, Həzrət İsa (ə) o qədər əzəməti və davamçıları ola-ola, piyada yol gedərdi. Və ulağa minərdi. Ancaq buna inanmırdım. İndi bu Şeyxi görən zaman İsanın (ə) xatirəsini yada saldım. Yəqin etdim ki, nəbi haqqında eşitdiklərim doğru imiş”. /Deyerler.org/ Oxşar xəbərlər
|