PİS DOST VƏ PİS MÜHİT
İnsan təsir altında dəyişkən xarakterə malikdir. O, Ünsiyyətdə olduğu insanların xasiyyətini götürür, mühitin təsiri altında rəngini dəyişir.
Pis əxlaqlı, günahkar insanlarla dostluq insanın bəlasıdır. İnsan dost olduğu məhəbbət bağladığı insanın nöqsanlarını, adətən, nöqsan kimi yox, yaxşı sifət kimi qəbul edir. Həzrət Əli (ə) buyurur: “Müsəlman günahkarla dostluq etməməlidir. Çünki günahkar dost öz pis işlərini yaxşı qələmə verir və çalışır ki, hamı onun kimi olsun. Pis dostda nə dünya, nə də axirətdə faydası var. Onunla get-gəl abırsızlığa səbəb olur.” İmam Sadiq (ə) buyurur: “Günahkar, axmaq və yalancı insanlarla dostluq insana yaraşmaz.” Həzrət peyğəmbər (s) buyurur: “İnsan öz dostunun dinində olasıdır.” İnsan üçün daim günah qorxusu var. Əmmarə nəfs bir an olsun belə onu rahat buraxmır. Qəlb cismin hakimiyyət mərkəzidir. O mühitdən təsirlənir. O, mənəviyyat, ibadət, ehsan məclislərində yaxşılığa həvəslənir. Əksinə, günah məclisinə düşən kimi günaha maraq göstərir. Nəfsini tərbiyə etmək qərarına gəlmiş insan gözünü və qulağını şəhvət doğuran mənzərələrdən və səslərdən qorumalıdır. Şərab, qumar, rəqs olan məclislərdə əmmarə nəfs tüğyan edir. Ona görə də İslam bizə tapşırır ki, günahkar mühitdən uzaq olaq. Həzrət Əli (ə) buyurur: “Günah haqqında düşünmək insanı günaha vadar edir.” Oxşar xəbərlər
|