Ölümdən qaçan iki dəstə
İki dəstə davamlı olaraq ölümdən qaçarlar:
Birincisi o kəslərdir ki, axirəti buraxıb, dünyapərəstliklə məşğuldurlar və haram mala bulaşıblar. Onlar yaxşı bilirlər ki, əgər ölsələr, malları başqalarına keçəcəkdir, özləri isə haqqun-nasın cavabını verməli olacaqlar. İkincisi o kəslərdir ki, ölümdən sonrakı həyata inanmırlar. Ona görə də günaha qərq olublar. Bu insanlar can verən zaman öz səhvlərini başa düşür və dərk edirlər ki, ölüm yox olmaq demək deyildir, əslində bir aləmdən başqasına köçməkdir. Ona görə də can verən zaman tövbə edərlər, ancaq bu tövbənin faydası olmaz. “Daim günah edib ölümləri çatan zaman (öləcəyini yəqin edəndə və ya zahiri hissləri Bərzəx aləminin əlamətlərini dərk edəndə) «mən indi tövbə etdim» deyənlər və həmçinin küfr halında ölənlər üçün tövbə yoxdur (onların tövbələri qəbul olunmaz). Ağrılı bir əzab hazırladığımız kəslər onlardır”. (“Nisa” 18). Ola bilsin ki, onlar ölümdən qorxmurlar, ancaq ondan qaçırlar. Allah Təala onlara buyurur: “De: «Şübhəsiz, qaçdığınız o ölüm mütləq sizə yetişəcək, sonra isə gizlini və aşkarı bilənə tərəfə qaytarılacaqsınız. O da (dünyadakı) əməllərinizi sizə xəbər verəcəkdir»”. (“Cümə” 8). Ey kaş, bu insanlar səhvlərini tez başa düşüb tövbə edəydilər. Hələ gec olmamış axirətləri üçün bir iş görəydilər. /Deyerler.org/ Oxşar xəbərlər
|