İnsan nə dərəcədə azaddır?
Allah insanı azad yaratmış və ona seçim imkanı vermişdir. Bəziləri deyirlər ki, insan özünü azad hiss etsə də, əslində məcburdur. Amma insanın azad olduğunu sübut edən dəlillər çoxdur. Bu dəlillərdən bəzilərini xatırlayaq.
1. İnsan çox zaman qarşısındakı iki yoldan hansını seçmək barədə düşünür və nəhayət, bu yollardan birini seçir. Bu seçim azaddır. 2. Bəzən insanlar bir-birlərini tənqid edərək hansısa işdən çəkindirirlər. Demək, insan bir işi görə də bilər, bu işdən çəkinə də bilər. 3. Hər bir insan hansısa sözlərinə və işlərinə görə peşman olur, “ey kaş, belə olmayaydı” deyir. Demək başqa cür də rəftar etmək olarmış! 4. Əgər uşaqlar ailə, müəllim, tərbiyəçi vasitəsi ilə tərbiyə olunursa, demək, doğru yolu tuta bilər. Bəli, tərəddüd, tənqid, peşmanlıq və tərbiyə azadlığın dəlilləridir. Azadlıq təkcə insanların yox, eləcə də, heyvanların istəyidir. Qəfəsə salınmış quş çox vaxt yeməkdən imtina edir, xəstə görkəm alır. Hətta behiştdə də ən böyük nemətlərdən biri azadlıqdır. Behiştə daxil olan möminlər həmin azadlığa görə Allaha təşəkkür edərlər (bax: “Zümər”, 74). Bununla belə insan öz Allahının göstərişlərinə əməl etməlidir. Sərhəd bilməyən azadlıq, azğın nəfsə itaət insanı fəlakətə aparır. Ağılın təsdiq etmədiyi azadlıq başqalarının haqlarına təcavüzdür. Oxşar xəbərlər
|