Pis yuxu görən zaman nə etməli?
Mьəllif: admin1
Tarix: 3-01-2022, 20:22
Pis yuxu görən zaman nə etməli?
Yuxu - insan həyatının bir hissəsini təşkil edir. İnsan ömrünün üçdə biri yuxuda keçir. İnsan yuxuda müxtəlif röyalar görər. Lakin insanlar yuxunun həqiqətindən qafildirlər.

Filosoflar və alimlər tarix boyu bu haqda müxtəlif nəzərlərə malik olmuş və yuxunun həqiqətini açıqlamağa çalışmışdılar. Əslində yuxunun həqiqətini tapmaq - insanın həqiqətini tapmaq olardı. Çünki yuxu - insan varlığının bir hissəsini təşkil edir.

Biz yuxu aləmində səfərə gedirik. Dost və düşmən oluruq. Nəyisə əldə edir və ya əldən veririk. Yuxularımızın bəzisi zaman keçdikcə dəyişir.

“Ölüm zamanı insanların ruhunu (onunla bədən arasında heç bir əlaqənin qalmadığı şəkildə) tamamilə, ölməmiş kəsdən isə yuxuda (zahiri əlaqənin kəsildiyi, batini əlaqənin isə qaldığı naqis şəkildə) alan (həqiqətən) Allahdır.

Beləliklə ölümünü qətiləşdirdiyi ruhu (Bərzəx aləmində) saxlayır, o birini isə müəyyən müddətədək (bədənə) göndərir. Şübhəsiz, bunda (bu işdə) düşünənlər üçün (Allahın qüdrət və hikməti və Qiyamətin gəlməsi barəsində) nişanələr vardır”.
(“Zumər” 42).

Allah Təala bu ayədə yuxunun həqiqətini açıqlayır və buyurur ki, yuxu bir növ ruhun qəbz olunmasıdır. Yəni ruh bədəndən ayrılar, ancaq tamamilə deyil. O zaman ki, ruh bədəndən ayrılar, zəif şüasından başqa bədəndə bir şey qalmaz. Şüur işdən düşər və insan hissiz olar. Baxmayaraq ki, həyatı üçün zəruri olan orqanlar işləyər, lakin ruhu bədənində olmaz.

“Odur gecə sizin ruhunuzu alan, gündüz kəsb etdiyinizi bilən, sonra müəyyən (edilmiş) müddətin (ömür müddətinizin) başa çatması üçün sizi gündüz qaldıran! Sonra sizin qayıdışınız Ona tərəfdir. Həmin vaxt O, sizi əməllərinizdən xəbərdar edəcəkdir”. (“Ənam” 60).

Yuxuda insanın bədəni yerdə olar, ruhu isə göyə qalxar, sonra isə qayıdar. Yuxuda olan insan ölüyə bənzəyər. Əshabi-kəhfin yuxusu kimi. Onların yuxusu o qədər uzun olub ki, 309 il çəkir.

“Və (gözləri açıq olduğu üçün) onları oyaq sanardın, halbuki yatmışdılar. Və (geyim və bədənlərinin çürüməməsi üçün) onları (yatdıqları halda) sağ tərəfə və sol tərəfə döndərirdik. Onların iti hər iki pəncəsini mağaranın kandarına uzatmışdı. Əgər onlardan xəbərin olsaydı (və bu səhnəni yaxından görsəydin), şübhəsiz, qaçaraq onlara arxa çevirərdin və bütün vücudun onlardan qorxu ilə dolardı”. (“Kəhf” 18).

Məsumlar (ə) bizə tövsiyə edir ki, hər şeydə mötədil olduğumuz kimi yuxuda da mötədil olmalıyıq. Peyğəmbər (s) buyurur: “Allah üç şeyi sevir: az danışmaq, az yatmaq, az yemək”. “Ümmətim üçün qorxduğun ən pis şeylərdən biri çox yatmaqdır”.

İmam Sadiq (ə) buyurur: “Nə zaman kimsə pərişan yuxu görsə, yuxudan ayılıb böyrü üstə çönsün və bu ayəni oxusun: “Şübhəsiz ki, iman gətirənləri qəmgin və nigaran etmək üçün (kafirlərin və münafiqlərin etdikləri) pıçıltı - şeytandandır. Halbuki, (şeytan və o pıçıltılar) Allahın izni olmadan onlara heç bir zərər yetirə bilməz və möminlər yalnız Allaha təvəkkül etməlidirlər”. (“Mücadilə” 10). Həzrət (ə) buyurur ki, bundan sonra deyin:

عاذت به ملائکة الله المقربون وانبیائه المرسلون وعباده الصالحون ومن شرما رایت ومن شر‌الشیطان‌ الرجیم

O şeyə ki, Allahın yaxın mələkləri və mürsəl peyğəmbərlər (ə) pənah aparmışdı, pənah aparıram, gördüyüm yuxunun şərindən və rəcim şeytanın şərindən”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930