Eyni rəngdə olmayan insanlar
Bütün insanlar dünyaya gələn zaman eyni rəngdə olurlar. Ancaq sonradan biri İlahi rəngə boyanar, o birisi isə şeytani.
Quran buyurur: “(Bəli, bizim qəlblərimizin imanı) İlahi boyaqçılıqdır! Kimin boyaqçılığı Allahınkından gözəldir? Biz Ona ibadət edənlərik”. (“Bəqərə” 138). İnsanlar özlərinə seçdikləri rənglərə əsasən bir-birindən fərqlənirlər. Mövləvi deyir: “Həzrət Musa (ə) və Firon hər ikisi də insan idilər. İnsanlıqlarının zatında bir-birindən fərqlənmirdilər. Ancaq Firon daha yuxarı uçmaq meylinə görə şeytani rəngə boyandı və təkəbbür etdi, ancaq Musa (ə) İlahi rəngə boyandı”. Rəhmətlik İmam (r) “Həmd” surəsini təfsir edən zaman buyurmuşdur: “Məsələlərdən biri budur ki, dünyada baş verən bu müharibələr nəyə görədir. Xüsusilə də niyə müharibələr baş verir. Bəzi şairlərin dedikləri rəng mövzusu insanların aid olduqları əqidə və meyldir. Rəngsizlik odur ki, əqidə və meylə malik olmasınlar. O zaman ki, rəng olmaz, dava da olmaz. Bütün müharibələrin səbəbi budur ki, insanın təbiətə əqidə və meylləri vardır. Təbiəti də malik olduğu xəyallarına görə özü üçün istəyir”. Biz insanların hamısı Allahdanıq, yəni varlığımızda İlahi boyalar vardır. «Elə ki, onu düzəltdim və ona Öz ruhumdan (mübarək və Özümə layiq ruhdan) üfürdüm, hamılıqla ona (təzim üçün) səcdə halında üzü üstə düşün!». (“Hicr” 29). Əgər hər kəs bu həqiqəti qəbul etsə, bu boyaları qorumağa çalışar. Hamı ancaq İlahi rəngdə olar. /Deyerler.org/ Oxşar xəbərlər
|