İordaniyalı deputatlar İsrail rejimindəki səfirlərini geri çağırır
İordaniyalı 50 deputat 9 yanvar tarixində imzaladıqları bəyanatla İordaniya hökumətindən Tel-Əvivdəki İordaniya səfiri Vəlid Ubeydatı sionist rejimin birtərəfli və irqçi addımlarına etiraz olaraq, geri çağırmasını tələb edib.
Deyerler.org Yaxın Şərq KİV-lərinə istinadən xəbər verir ki, irodaniyalı deputat Mustafa Yağinin hazırladığı bəyanatda, belə qeyd olunub: “Biz, aşağıda imzaları qeyd olunan deputatlar, işğalçı İsrail rejiminin parlamentinin (Knesset) Fələstinin əsl sakinlərinin qovulmasına şərait yaradan və Qüdsü İsrail rejiminin legitimliyinə verən qanunu qəbul etməsindən sonra, hökumətdən İsrail rejimindəki səfirimizi bu cür təktərəfli və irqçi tətbiqlərə etiraz olaraq, geri çağırmasını istəyirik”. İordaniyalı deputatlar, həmçinin İsrail rejiminin beynəlxalq qanunlara və müqavilələrə hörmət etmədiyini qeyd ediblər. Xatırladaq ki, Knesset bir neçə gün əvvəl “Birləşmiş Qüds” qanununu qəbul edərək, Qüdsdən çıxmağı çətinləşdirib. Oxşar xəbərlər
|