Borcu qaytarmağa kömək edən surə - “Təhrim” surəsinin fəzilətləri
Mьəllif: admin1
Tarix: 11-01-2018, 20:48
Borcu qaytarmağa kömək edən surə - “Təhrim” surəsinin fəzilətləri
“Təhrim” surəsi Quranın 66-cı surəsidir ki, 12 ayəsi vardır. Həzrət Peyğəmbər (s) bu surə haqqında buyurur: “Hər kim “Təhrim” surəsini oxuyar, nəsuh tövbəsinə və günaha qayıtmamağa müvəffəq olar”.

İmam Sadiq (ə) buyurur: “Hər kim vacib namazlarında “Təhrim” və “Təlaq” surəsini oxuyar, Qiyamət günü Allah onu qorxudan, qəm və qüssədən amanda saxlayar. Atəşə düşməkdən saxlayar və onu bu iki surəni oxuduğu üçün behiştə daxil edər. Bu iki surə onu qoruyar, çünki Peyğəmbərə (s) aid olar”.

Bu surənin bərəkətləri:

1. Can verməyin çətinliyini azaldar. İmam Sadiq (ə) buyurur: “Əgər “Təhrim” surəsini can verən insan üçün yazsalar, can verməyinin çətinliyi azalar. Əgər onu oxusalar və savabını ölülər üçün hədiyyə göndərsələr – işıq kimi onlara çatar və əzabları yüngülləşər”.

2. İlan çalan insana yardım edər. Əgər bu surəni ilan çalmış insana oxusalar şəfa tapar. Hər kimin şiddətli depressiyası olar, bu surəni oxumaqla rahatlıq tapar.

3. Borcu qaytarmağa kömək edər. İmam Sadiq (ə) buyurur: “Əgər şəxsin borcu çoxdursa, “Təhrim” surəsini oxumağı davamlı edərsə borcunu əda edər”.



/Deyerler.org/

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031