İmamın (ə.f) bulud arxasında olan günəşlə müqayisəsi nə məna daşıyır?
Mьəllif: admin1
Tarix: 11-01-2018, 20:52
İmamın (ə.f) bulud arxasında olan günəşlə müqayisəsi nə məna daşıyır?
İmam Məhdi (ə.f) – biz müsəlmanlar üçün bir günəşdir ki, müvəqqəti olaraq buludların arxasında gizlənmişdir.

İmam Səccad (ə) buyurur: “Biz Əhli-Beyt (ə) – müsəlmanların imamı, Allahın aləmdəki hüccəti və möminlərin ağasıyıq. Biz müsəlmanların mövlası və yer əhlinin pənahıyıq, necə ki, ulduzlar səma əhli üçün pənahdır.

Bizim vasitəmizlə yağış yağar, Allahın rəhməti hər bir şeyə kölgəsini salar, torpaq bərəkətini xaric edər. Əgər biz Əhli-Beyt (ə) yer üzündə olmasaydıq, yer öz əhlini udardı.

O zamandan ki, Allah Adəmi (ə) xəlq etmişdir, yer üzünü hüccətsiz qoymamışdır. Bundan sonra da yer Qiyamətə qədər hüccətsiz olmayacaqdır. Əgər belə olmasa, insanlar Allah Təalaya pərəstiş etməzlər”.

Sual verirlər: “İnsanlar qaib olan hüccətdən necə bəhrələnirlər?”.

Həzrət (ə) buyurur: “Necə ki, günəşdən bəhrələnərlər, o halda ki, bulud arxasında olar”.

Günəşin bulud arxasında olmasının hansı faydaları vardır?

1. Onun nurunun sayəsində insanlar quyuya, dərəyə düşmürlər. Əgər İmam Zaman ağa (ə.f) olmasaydı, insanlar əməllərinə görə əzaba düçar olardılar.

2. O zaman ki, günəş bulud arxasında olar, insanlar onun çıxmasının intizarını çəkərlər. İmamın (ə.f) qeybi insanlara intizar halını aşılayır.

3. Hər kim İmamı (ə.f) inkar edər, günəşi inkar etmiş kimi olar.

4. Bəzən günəşin bulud arxasında olması insanlar üçün faydalı olar. Bu yolla münafiqlər və kafirlər tanınar.

5. O insanlar ki, birbaşa günəş şüasına baxarlar, bu şüa gözləri üçün zərərlidir, onları kor edə bilər. İmamın (ə.f) məsəli də belədir. Bəzən imanı zəif olan insanların İmama (ə) birbaşa baxmaqları onları kor edə bilər.

6. Günəş bulud arxasında olsa da, insanlara faydası çatar. Onun şüası pəncərələrin ölüçüsündən asılı olaraq, hər evə daxil olar.

7. Bulud səbəb olar ki, insanlar günəşin qədrini bilsinlər.

8. O zaman ki, günəş bulud arxasında olar, yerdə olan ləkələr az görünər. Ancaq elə ki, günəş şüası artar, həmin ləkə qara lövhənin üzərində olsa da, üzə çıxar.

9. Bulud sayəsində insan günəşi unutmaz və diqqəti günəşdə olar ki, nə zaman buludun arxasından çıxacaqdır.

10. Günəş heç bir zaman bulud arxasından birdən çıxmaz, bu əməli tədricən edər.

11. Bulud ilə günəş bir yerdə əbədi olmazlar. Bir zaman gələr ki, bulud günəşi tərk edər.

12. Günəş hər bir halda yer üçün həyat mənbəyidir, baxmayaraq ki, bulud arxasında olsa belə.

Allahım, o Günəşin (ə.f) zühürunu təcil et!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930