Allahın bizdən razı olub-olmadığını necə bilmək olar?
Mьəllif: admin1
Tarix: 31-12-2022, 21:31
Allahın bizdən razı olub-olmadığını necə bilmək olar?
Nəql edilir: “Bir gün Həzrət Musanın (ə) qövmü onun yanına gəlir və deyirlər: “Ey Allahın peyğəmbəri! Haradan bilək ki, Allah bizdən razıdır?”.

Həzrət Musa (ə) Tur dağına yollanır və insanların istəyini Allaha bəyan edir. Xitab gəlir: “Ey Musa! İnsanlara de ki, nə zaman onlar Məndən razı olsalar, Mən onlardan razı olaram”.

Bəs Allahdan razı olmaq necə olur?

Birinci addım budur ki, bu inanc bizim həyat sərlövhəmiz olsun ki, Allahdan bizə çatan hər şey – yaxşıdır. Pisliklər isə özümüzdən və ətrafımızda olanlardandır. Quran bu həqiqət barəsində buyurur: “(Ey insan,) sənə yetişən hər hansı bir yaxşılıq – Allah tərəfindəndir (onun səbəbi – Allahın rəhmətidir) və sənə yetişən hər hansı bir pislik – sənin öz tərəfindəndir (onun səbəbi – sənin günahlarındır)”. (“Nisa” 79).

İkinci addım budur ki, insan dərk etsin ki, Allah bağışlayan və təvvabdır. Əgər tövbə etsək, Allah günahlarımızı bağışlayar. Quran bu haqda buyurur: “Sizdən kim nadanlıq üzündən pis bir iş görsə, ondan sonra tövbə edib (öz işini) düzəltməklə məşğul olsa, şübhəsiz, Allah çox bağışlayan və mehribandır”. (“Ənam” 54).

Üçüncü addım budur ki, bilək ki, Allah Təala günahlarımızı bağışlamaqla yanaşı, əməl dəftərimizdə olan pislikləri yaxşılıqlara çevirər. Quran bu haqda buyurur: “(Keçmiş durumlarına görə) tövbə edən, iman gətirən və yaxşı işlər görən kəs istisna olmaqla. Allah onların günahlarını yaxşılıqlara çevirər (gələcəkdə yaxşı işlər görmələrinə kömək edər və yaxud keçmiş günahlarını məhv edərək onların yerinə yaxşılıq yazar). Allah çox bağışlayan və mehribandır”. (“Furqan” 70).

Ona görə də biz insanlar Allahdan bizə çatan hər bir şeyə razı olub, səbir etməli və bu çətinlikləri təcrübəyə çevirməyi bacarmalıyıq.

İnsan gərək oddan keçsin ki, ruhu və bədəni bərkisin. Əgər çətinliklər olmasa, ən kiçik həyat mehi belə, bizi sındıra bilər. Bu çətinliklərdir ki, bizi mətanətli və daha güclü edir. Nəticədə Allaha imanımız artar və təvəkkül hissi güclənər. “Kim Allahdan qorxsa, (Allah) onun üçün (çətinliklərdən)çıxış yolu qoyar”. (“Təlaq” 2).



/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930