Həyatdan razı olmaq üçün 3 amil
Mьəllif: admin1
Tarix: 31-12-2022, 21:34
Həyatdan razı olmaq üçün 3 amil
“Əgər onlar Allahın və Onun Peyğəmbərinin (sədəqələrdən) onlara verdikləri ilə razılaşıb «bizə Allah kifayətdir, tezliklə Allah və Onun Peyğəmbəri bizə Öz lütfündən əta edəcək, həqiqətən biz Allaha tərəf meyilliyik» desəydilər (onlar üçün daha yaxşı olardı)”. (“Tövbə” 59).

Bu ayəyə əsasən, insanın bu dünya həyatından razı olması üçün 3 amilə ehtiyacı vardır:

1. Allah bizə kifayət edəndir.

2. Allah və Rəsulu (s) bizim gələcək çatışmazlıqlarımızı təmin edəcəkdir.

3. Biz Xaliqin razılığını istəyirik.

Başqa sözlə desək, Allahın bizim həyatımıza təsirini nə qədər çox qəbul etsək və Onu tanımağa çalışsaq, həyatdan daha çox razı qalırıq.

Bir müsəlman üçün imanı tələb edir ki, İlahi hökmləri və Peyğəmbərin (s) buyurduqlarını qəbul etsin və onlarla razılaşsın. Onları qəlbi ilə qəbul etsin. Onu hidayət edən Allaha, şükür edən olsun.

Lakin insanların əksər hissəsi belə düşünür ki, insan əgər azad iradayə malikdirsə, Allah onun həyatına təsir göstərməməlidir. Düşünür ki, əgər çalışsa və zəhmət çəksə, zəngin olacaqdır. Əks halda yoxsul olacaqdır. İnsan ancaq iradəsindən asılı olmayan hadisələrə razı ola bilər: təbii fəlakətlər kimi.

Ona görə də bu insanlar İlahi qəzaya razı olmaq dedikdə, ixtiyarlarından asılı olmayan hadisələrə razı olmağı nəzərdə tuturlar. Düşünürlər ki, ancaq o işdə ki, ixtiyarları çatır, əgər yaxşı çalışsalar gərək özlərindən razı olsunlar. Əgər pis iş görsələr, gərək özlərindən narazı olsunlar. Bu işlərin Allahla bir rabitəsi yoxdur.

Çox təəssüf ki, bu yanlış əqdiə dindarlara da öz təsirini göstərmişdir. Halbuki, Allah insanın həm ixtiyarında olan və həm də ixtiyarında olmayan hər şeyə təsir edəndir. İnsan əgər bu həqiqəti qəbul etsə və İlahi qəzaya razı olsa – daha sağlam ruha və cismə malik olar.

Lakin bu, o demək deyildir ki, insan zəhmət çəkməkdən və çalışmaqdan uzaqlaşsın, dua etməsin. Məqsəd odur ki, insan gərək Allahı onun üçün təqdir etdiyinə görə ittiham etməsin. Hər bir işində Allaha təvəkkül etsin və nəticəsinə razı olsun.

Beləliklə deyə bilərik ki, bu Quran ayəsi buyurur ki, müsəlman və dindar insan yaşadığı həyata, az da olsa belə, qane və razı olmalıdır. Gələcəyinə görə Allaha təvəkkül etməlidir. Bu razılıq ancaq o zaman meydana gələr ki, insan bu 5 həqiqəti qəbul etsin:

Allah alimdir.

Allah qadirdir.

Allah ehtiyacsızdır.

Allah rəhim və mehribandır.

Allah həkimdir.

O Allah ki, həm qadirdir, həm ehtiyacsızdır, həm alimdir... bizim üçün nəyin yaxşı və nəyin pis olduğunu bizdən daha yaxşı bilir. Ona görə də gərək Onun tərəfindən bizə yetişən hər bir şeyə razı və qane olaq.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031