Əgər ölümdən qorxmaq istəmirsinizsə...
Mьəllif: admin1
Tarix: 12-01-2018, 21:18
Əgər ölümdən qorxmaq istəmirsinizsə...
Allah Təala Quranda buyurur: “O, yaratdığı hər şeyi gözəl yaratmışdır”. (“Səcdə” 7).

Bu ayədən də göründüyü kimi, Allahın yaratdığı hər bir şey gözəldir. Hətta ölüm belə gözəldir. Ancaq hansı gözlə baxmaqdan asılıdır.

Əgər ölümə dəqiq tərif vermək istəsək, Əmirəl-möminin (ə) buyurduğu kəlam daha dəqiq olardı. Həzrət (ə) buyurur: “Allaha and olsun ki, mənim ölümə olan meylim, körpənin ana sinəsinə olan meylindən daha çoxdur”.

Həzrət (ə) başqa yerdə buyurur: “Adəm övladı üçün ölüm, cavan qızın boynundan asılan boyunbağı kimidir”.

İmamın (ə) bu sözlərindən göründüyü kimi, ölüm pis bir şey deyildir.

Həzrət Peyğəmbər (s) buyurur: “Allahın yüz rəhmət qapısı vardır. Onların birini yerə nazil etmişdir və məxluqları arasında bölmüşdür. İnsanlar arasında olan bütün məhəbbət və sevgi onun sayəsindədir. Onun doqquzunu özü üçün saxlamışdır və Qiyamət günü bəndələrini ona şamil edəcəkdir”.
Bu dünyada anadan şəfqətli kəs yoxdur. Ancaq övladı ona xəyanət edən və pislik edən zaman onu bağışlaya bilmir. Əgər bağışlasa belə, bu pislini unuda bilmir. Ancaq Allah o qədər mehriban və rəhimdir ki, hər kim tövbə edərsə, nəinki tez günahından keçər, hətta onun kinini də aradan aparar. Onun bu tövbə əməlinə savab verər.

Quran buyurur: “(Keçmiş durumlarına görə) tövbə edən, iman gətirən və yaxşı işlər görən kəs istisna olmaqla. Allah onların günahlarını yaxşılıqlara çevirər (gələcəkdə yaxşı işlər görmələrinə kömək edər və yaxud keçmiş günahlarını məhv edərək onların yerinə yaxşılıq yazar). Allah çox bağışlayan və mehribandır. Kim tövbə etsə və yaxşı işlər görsə, o, gözəl və bəyənilən şəkildə Allaha tərəf qayıdar. (Buna görə də günahın savaba çevrilməsi təəccüblü deyil)”. (“Furqan” 70-71).

Allah bizi sevir, biz də Allahı sevməyə çalışaq. Allah sevgisi doğulduğumuz gündən bizim fitrətimizə qoyulmuşdur. Ancaq bu fitri sevgini həyat boyu artırmaq və gücləndirmək – bizim boynumuzdadır. Bu yolla Allaha yaxınlaşar və onun ölüm nemətindən qorxmarıq.

Allah əgər bizi sevməsəydi, xəlq etməzdi. O zaman ki, insan Allaha aşiq olar, məşuquna çatmağa meyil edər, necə ki, İmam Əli (ə) meyil edirdi. Bu zaman onun canında artıq ölümdən heç bir qorxu qalmaz. O zaman ki, ölümdən söhbət düşər, deməz ki, ölüm bizə çatmasın. Əksinə, Allaha qovuşmağın dəqiqələrini sayar. Ancaq bu məsələdə də nə ifrat etmək lazımdır, nə də təfrit. Mötədillik – ən yaxşı yoldur.

Ölümdən qorxmaq istəməyən gərək Allaha aşiq olsun...


/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031