Ruzi qazanmaq üçün səfərə çıxan, Qiyamət günü ərşin kölgəsində olar
Allah Təala hər bir bəndənin halal ruzi qazanması üçün etdiyi səyi dəyərləndirir və buyurur ki, insan öz səyinin məhsulundan başqa heç bir şeyin maliki deyildir.
Hədislərimizə nəzər salan görmək olur ki, ruzi qazanmaq - ibadətdir və hətta Allah yolunda cihad etməyə bərabərdir. Əmirəl-möminin (ə) buyurur ki, əcri səhər tezdən durmaqdan az deyildir. İmam Rza (ə) isə buyurur ki, ruzi qazanmağın əcri, Allah yolunda cihada bərabərdir. Qüdsi hədisdə isə ibadətin onda doqquzu hesab edilir. Hədislərimiz buyurur ki, tənbəllik və az çalışmaq inkişafa mane olar və həqarət mənbəyinə çevrilər. Hədislərimiz həmçinin buyurur ki, gecə və gündüz ağır işlərdə çalışmaq və bədən üzvlərini əldən salmaq da yaxşı bir iş deyildir. Bu, pislənmişdir. Zəhmət insanları barədə Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, səy və işə görə yorulduğu üçün yuxuya gedər, bağışlanar”. Həzrət Rəsuli-Əkrəm (s) ruiz qazananlara müjdə verərək, buyurur: “O kəs ki, özü və ailəsinin ruzi qazanması üçün səfərə çıxar, Qiyamət günü Allahın ərşinin kölgəsində olar”. Əmirəl-möminin (ə) buyurur: “Əgər xilas olmaq axtarışındasınızsa, səyinizdə ciddi olun”. /Deyerler.org/ Oxşar xəbərlər
|