Allah qadınlardan bu səbəbə görə peyğəmbər seçməyib
Mьəllif: admin1
Tarix: 17-01-2021, 21:12
Allah qadınlardan bu səbəbə görə peyğəmbər seçməyib
Qurani Kərimdə ümumi peyğəmbərlərin sayı barədə dəqiq bir xəbər zikr olunmayıb. Yalnız bir neçə peyğəmbərin adı zikr olunub və bunlar hamısı kişilərdir.

Ümumi peyğəmbərlərin sayının 124 000 olması yalnız hədis və digər xəbərlərdən yetişib. Həmçinin bütün peyğəmbərlərin kişi olması qeyd olunub. Qurani Kərimdə də bu barədə aşkar ayə vardır:

“(Ya Rəsulum!) ancaq kişilər (kişi peyğəmbərlər) göndərdik ki, onlara vəhy edirdik. Əgər bilmirsinizsə, zikr (kitab) əhlindən soruşun!”
(Ənbiya-7)

Peyğəmbərlərin ismət (paklığ) məqamında olması, vəzifəsinin vəhy çatdırmaq və bununla yanaşı rəhbərlik (idarəçi) olması inkar olunmaz bir həqiqətidr.

Lakin peyğəmbərlərin hamsının kişi olması heç də qadınların bu işə layiq olmaması demək deyildir. Ayətullah Cavad Amili bu barədə buyurur:

"Birinci tam dəqiq deyil ki, məsumə olan xanım təkcə Hz. Zəhradır (s.ə). Digər xanımların (Xanım Zeynəb və Məsumə kimi) ismət məqamında olmamasına dair dəlilimiz yoxdur.

İkinci bütün 124 000 peyğəmbərin hamısının kişi olması barəsində onu qeyd etmək lazımdır ki, peyğəmbərliyin ağır və əziyyətli bir vəzifə olaraq tab gətirilməsinə, risalətin göstərişlərinin icrasına bədən və fiziki baxımdan kişilər daha uyğundur.

Peyğəmbərlik risalət (vəhy) və vilayət (rəhbər olma) baxımından “Vəliyullah” (Allahın seçdiyi rəhbər) məqamına yetişməkdir və bunun da kişi və ya qadın üçün məxsusiyyəti yoxdur.

Asiyə, Məryəm, Xanım Zəhra, Xanım Zeynəb və Fatimeyi-Məsumə kimi qadınların hər birinin özünə məxsus xüsusi (ali) məqam və mərtəbəsi olub. Onların “Allahın Vəlisi” məqamına qədər yüksəlməsi mümkündür.

Peyğəmbərlik bir icraçı vəzifədir. Pəyğəmbər gərək camaatın bütün fərdləri ilə ünsiyyətdə ola, döyüşlərdə iştirak edə və döyüşə başçılığı öz üzərinə götürə.

Bu vəzifələr qadınlar üçün ağır olar. Peyğəmbərlik təkcə mənəvi vəzifə deyil ki, yalnız kişilər bu mənəvi məqama layiq olsunlar.

Allahın vəlisi (dostu) olmaq, mənəvi kamala yetişməkdə kişi ilə qadın arasında fərq yoxdur. Hər ikisi Allahın vəlisi ola bilərlər."

Ayətullah Cavad Amili
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930