Mələklər möminin ruhunu təqdim edəndə, Allah onlara buyurar...
Sədir Sirəfi nəql edir: “İmam Sadiqin (ə) yanında idim və söhbət mömindən düşdü. Həzrət (ə) üzünü mənə çevirdi və buyurdu: “Ey Əbül-fəzl! Möminin Allah yanında məqamı haqqında sənə deyimmi?”.
Ərz etdim: “Buyurun”. Həzrət (ə) buyurdu: “O zaman ki, Allah möminin ruhunu alar, əməllərinə nəzarət edən iki mələk səmaya qalxar və Allah dərgahında deyərlər: “Allahım, Sənin filan bəndən – yaxşı bəndədir. Sənə itaətdə tələsən, itaətsizliyində isə ləngiyəndir. İndi onu Öz tərəfinə aparmısan, bu halda nə əmr edirsən?". Allah onlara əmr edər: “Dünyaya qayıdın və bəndəmin qəbrinin kənarında olun. Məni təsbih, həmd və təkbir edin və bu əməlləri bəndəm üçün yazın, o zamana qədər ki, onu qəbrindən məhşur edəcəyəm””. Allah Təala bizlərə bu məqamı nəsib etsin, inşəallah. /Deyerler.org/ Oxşar xəbərlər
|