“Ey insanlar siz fəqirsiniz” ayəsindəki fəqirliyin həqiqi mənası nədir?
Qurani Kərimin, həmçinin dünyanın, xüsusən də insanın xilqətindəki əsas mehvər Mütəal Allahdır. İstər insanın yaradılışında, istərsə də Quranın nazıl olmasındakı hədəf Allahın tanınması və Ona bəndəçilikdir.
Quranın xitabları və ayələrin məqsədi də bunu təsdiq edir. Zikr olunmuş ayələr ya birbaşa Allaha imana dəvət edir və yaxud dolaysı ilə qeyd edilmiş mətləblərdən ibrət alınması istənilir. Quranın xitablarının müxtəlifiıyinə gəlincə, bəzən ey insanlar, bəzən də ey iman edənlər deyə müraciət edir. Təbii ki, xitaba uyğun olaraq hər bir ayənin müxatəbi (müraciət olunanı) vardır. Fatir surəsinin 15-ci ayəsi də cəm insanlara müraciət olunan bu növ ayələrdəndir: Ey insanlar! Siz Allah qarşısında fəqirsiniz (möhtac). Allah isə (ğənidir )(heç nəyə, o cümlədən sizin ibadətinizə) möhtac deyildir. O (hər cür) şükrə (tərifə) layiqdir! (Fatir-15) Diqqət çəkmək istədiyimiz mətləb insanın “fəqir” olmasıdır. Ayətullah Cavad Amili bu mətləbin izahında buyurur: “Bu ayədəki fəqirlikdən məqsəd mal, sərvət fəqirliyi deyil. Bəlkə zatı fəqirlikdir. Belə ki bütün varlıq aləmi (məxluqat) zatən fəqirdirlər (öz varlıqlarında Allaha mohtacdırlar). Allah Təala zatən ehtiyacsız, biz isə zatən möhtac varlığıq. Belə olan halda heç laiqdirmi zatən fəqir olan birisi təkəbbürlü və iftixarlı olsun? İnsan nə zaman özünü görmək istəsə, özünü tanımaq istəsə Allahın mütləq, zatən ğəni (ehtiyacsız) olmasını, özünün isə zatən fəqir (möhtac) olduğunu düşünsün” Qeyd: Həqiqətən insanın üsyanı və günaha cəsarəti özünü qudrətli, bir şeyə sahib olası hesab etməsindən doğur. Necəki Quran buyurur: “İnsan azğınlıq edər! Özünün ehtiyacsız (dövlətli) olduğunu gördüyü üçün!” (Əlaq- 6-7) Yaşar Nuriyev Oxşar xəbərlər
|