Xoş rəftarlı olmağın insan üçün açdığı sirli qapılar
Mьəllif: admin1
Tarix: 4-01-2023, 11:26
Xoş rəftarlı olmağın insan üçün açdığı sirli qapılar
Bütün səmavi dinlərin, o cümlədən İslamın əsas iki böyük hədəfi var: düzgün əqidə və əxlaq.

Bu iki əsas digər bütün tələb və vacibatları özündə cəm edir. Xüsusən düzgün etiqadın formalaşması ən zəruri məsələdir. İnsan həyatını əhatə edən bütün əməllər və hadisələr əqidə və düşüncədən qaynaqlanır.

Əxlaq və davranış da bu cürdür. İnsanın bütün əməlləri və rəftarı onda formalaşan düşüncənin təzahürü, aşkara çıxmasıdır. Bu səbəbdən Allah Rəsulu (s) “Mən əxlaqı kamilləşdirmək üçün göndərilmişəm” deyə buyurub. Əxlaq və etiqad biri birinin aynasıdır.

Əxlaqi davranışlar içində ən çox diqqət çəkən insanın təbiətən “yumşaqlığı”dır. Bu cür yumşaqlıq bütün münasibətlərin açarıdır. İnsan bu açarla münasibət qapılarını açada bilər, bağlayada bilər. Neçə ki, yaxından tanımadığımız birisi ilə ilk görüşmədə bizdə onun haqqında təəssürat formalaşdıran onun xoş və ya tünd simasıdır. Quran bu mətləbə dəqiqliklə toxunaraq Peyğəmbərə (s) buyurur:

“Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər.” (Ali-İmran-159).

Xoş, mülayim rəftarlı olmaq nəinki dostluğun, münasibətlərin açarıdır, həmçinin insanın öz qəlbinin və daxili aləminin də açarıdır. İnsanın daxili aləmi sirrlərlə dolu olan bir dəryadır. İnsanın bütün inanc və etiqadı, imanı və sevgisi, hikmət və düşüncəsi hələdə sirr olaraq açılmayan bu dəryanın bir parçasıdır.

İnsan hər bir gözəl və bəyənilən əməli ilə Allahın rizasını qazanır, Allah Təala da bu sirli dəryanın iman və hikmət rapılarını onun üzünə açır:

İmam Baqir (ə) buyurur: Hər bir şeyin bir qıfılı (açarı) vardır. İmanın da qıfılı gözəl və xoş rəftardır. (Kafi-2. Səh-158).

Yaxud Hz. Loğman buyurur: Hikmətin başı (əvvəli) roşrəftrlılıqdır.

Hz Əli (ə): Elmin əvvəli xoşrəftar (əxlaqlı) olmaqdır.

Allah Rəsulu (s)buyurub: “Ağılın əsas göstəricisi Allaha iman, sonra insanlarla xoş rəftardır”

Yaşar Nuriyev
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930