İbrahim peyğəmbərin Allah-Təalaya sualları
Mьəllif: admin1
Tarix: 13-01-2022, 21:49
İbrahim peyğəmbərin Allah-Təalaya sualları
İbrahim peyğəmbər (ə) Allah-taaladan soruşdu: “Sənin qorxundan göz yaşlarını üzünə axıdan şəxsin mükafatı nədir?”

Allah-taala buyurdu: “Onun mükafatı Mənim rəhmət və rizvanımdır.”

“Pərvərdigara, Sənin görüşünə ümid bəsləmək yolunda qəmqüssəyə səbr edən şəxsin mükafatı nədir?”

“Mən belə bir şəxsə iman libası örtərəm ki, onun vasitəsi ilə Cənnəti qazanar və Cəhənnəm odundan uzaq qalar.”

“Sənin razılığın üçün dul qadınların könlünü alan şəxsin mükafatı nədir?”

“Mən o şəxsi Öz rəhmətimə şamil edib axirətdə də Cənnətə daxil edərəm.”

“Sənin razılığına görə dəfn mərasimində iştirak edən şəxsin mükafatı nədir?”

“Belə bir kəs ölən zaman Mənim mələklərim onun cənazəsinə namaz qılar və ona şəfaət edərlər.”



www.ahliman.info
Oxşar xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930