Ailədə ürəkdən-ürəyə yol olmalıdır
Ailədə qarşılıqlı sevgi olan zaman həmrəy olmağın əhəmiyyəti böyükdür. Çox zaman bu həmrəylik bəzi problemləri aradan qaldıra bilir.
Cütlər arasında bəzi problemlərin kökü həmrəy olmamağa qayıdır. Belə həyat yoldaşı özünü qurban edilmiş və öz başına buraxılmış hesab edər. Həmrəylik dedikdə qarşı tərəfin hisslərini dərk etmək nəzərdə tutulur. Həmrəylik, yəni başqalarının hisslərini dərk etmək. Yəni, qarşı tərəf bilsin ki, mən onun halının və rəftarının səbəbini bilirəm. Ona qarşı laqeyd deyiləm. O kəs ki, qarşı tərəfin hislərini dərk edər, öz siyasətini ona yeritməz və ona yükləməz. Belə olan halda aralarında yaranmış anlaşılmamazlıqları həll etmək də asan olar. Əgər həyat yoldaşınız hiss etsə ki, siz onu dərk etmirsiniz, hətta səhv etsə belə sizinlə onun arasında divar hörülmüş olar. Mənfi enerjilərdən olan bir divar. Siz gərək onu dərk etdiyinizi ona hiss etdirə biləsiniz. Lakin bu dərk etmək təslim olmaq mənasında deyildir. Sadəcə onun hisslərini başa düşdüyünüzü ona dərk etdirin. Əgər cütlər arasında anlaşılmamazlıqlar varsa gərək onlar hisslərdən uzaqda həll olunsun. Həyat yoldaşım gərək başa düşməsin ki, bu çətinlik ancaq mənim əlimlə həll ola bilər və mən də onu həll etmək istəmirəm. Əgər belə bir təsəvvür yaranarsa müştərək həyatda xoşagəlməz ab-hava hakim olacaqdır. Əgər çətinlik və ya problem varsa gərək bu cür başa düşülsün ki, bu çətinliyin həlli o səbəbə və ya bu səbəbə görə bizim öhdəmizdən xaricdir. Və ya bu çətinliyə dözmək gələcəkdə hər ikimizin xeyirinədir. Əgər cütlər arasında həmrəylik olmasa, hər nə qədər bir-biri üçün pul xərcləsələr də fayda verməz. Hər ikisi istəyir ki, sevilsin və diqqətə layiq olsun. Ancaq o zaman ki, cütlərdən biri hiss edir ki, ona uşaq kimi baxırlar və ya bir qərib insan kimi onun rəftar edirlər inciyər və əziyyət çəkər. Qadınla kişinin sevgi meylləri müxtəlifdir. Lakin bu hiss hər ikisinə əziyyət verə bilər. Bu çətinliyi həll etmək üçün gərək həmrəy olmağı bacarsınlar. Xüsusilə də həyat yoldaşları bir-birinin qarşısında həmrəy olmağa riayət etsinlər. /Deyerler.org/ Oxşar xəbərlər
|