Allah insanların bəzisini digər bəzisi ilə dəf etməsəydi...
Mьəllif: admin1
Tarix: 14-01-2018, 20:32
Allah insanların bəzisini digər bəzisi ilə dəf etməsəydi...
Qurani-Kərimdə mücahidə barəsində buyurulur: “Heç bir fitnə qalmayıncaya (şirkin kökü kəsilincəyə) və din və itaət yalnız Allaha məxsus oluncaya qədər onlarla vuruşun. Beləliklə əgər (Allaha şərik qoşmaqdan) əl çəksələr, zalımlardan başqasına qarşı həddi aşmaq rəva deyildir”. (“Bəqərə” 193).

Bu ayədə mücahidənin fəlsəfəsi kimi fitnəni aradan qaldırmaq və İlahi dini qorumaq nəzərdə tutulmuşdur.

Quranın başqa ayəsində buyurulur: “Əgər Allah insanların bəzisini digər bəzisi ilə (bütün əsrlərdə kafirləri möminlər vasitəsi ilə dini toplum və məkanlardan) dəf etməsəydi əlbəttə, rahiblərin monastırları, xaçpərəstlərin kilsələri, yəhudilərin məbədləri və müsəlmanların, içərisində çox vaxt Allahın adı zikr edilən məscidləri viran olardı.

Allah şübhəsiz, Ona (Onun dininə) yardım edənə yardım edəcəkdir. Həqiqətən Allah qüvvətli və yenilməzdir”.
(“Həcc” 40).

Bu ayədə mücahidənin fəlsəfəsi – müdafiə, insanların dinini və dindarlığını qorumaq və Allaha ibadət etməkdir.

Ona görə də deyə bilərik ki, mücahidənin əsil fəlsəfəsi – İlahi dini qorumaq və fitnəni aradan apararaq, insanların dindarlığını müdafiə etməkdir.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031